KÖŞƏ

Zahid Rza

Məsuliyyət, birlik, fədakarlıq...

09 dekabr 2020 15:08
1534

Dünyanın kabusuna çevrilən koranavirus infeksiyasının yayıldığı ilk gündən başlayaraq ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə bu ümumbəşəri bəlaya qarşı mübarizədə kompleks qabaqlayıcı tədbirlər görüldü. Ölkə başçısının birbaşa nəzarətində olan bu məsələ ilə bağlı müxtəlif önləyici addımlar atıldı. İlk növbədə, vətəndaşların sağlamlığının qorunması, təhlükəsizliyinin və sosial rifahının təmin edilməsi istiqamətində səmərəli və təsirli tədbirlər görüldü. Azərbaycanın ilk gündən atdığı addımların beynəlxalq aləmdə təqdir olunması, qabaqlayıcı tədbirlərin görülməsi nəticəsində ölkəmizdə ilkin mərhələdə xəstəliyin geniş yayılmaması uğurlu addımlar kimi dəyərləndirilir.

 Təbii ki, COVID-19 infeksiyası ilə mübarizənin ilk vaxtlarından cəmiyyətimizn böyük əksəriyyəti hökümətin həyata keçirdiyi tədbirlərə böyük dəstək nümayiş etdirdi. İnsanlar koronavirusla mübarizədə mövcud qaydalara əməl etməklə əsl vətəndaşlıq mövqeyi göstərdilər. Təəssüf ki, bu virusla bağlı cəmiyətin müəyyən qismində, bəzi insanlarda bir şübhə, inamsızlıq, mütəxəssislərin, həkimlərin, dövlət qrumlarının çağırışlarına laqeyd münasibət  arzuolunmaz nəticələrə səbəb oldu. Danılmaz faktdır ki, bu insanlar hələd Operativ Qərargahın müəyəyn etdiyi qaydalara əməl etmir, yoluxma sayının artmasına səbəb olurlar.  Bu gün hər birimiz ictimai nəqliyyatda, marketlərdə, avtobus dayanacaqlarında, bir sıra inzibati idarələrdə bəzi vətəndaşların sosial məsafəni saxlamadığını, qoruyucu maskalardan istifadə etmədiyini müşahidə edirik. Bəziləri isə ağız və burun boşluğunu maska ilə örtmək əvəzinə, cərimə olunmamaq üçün onu çənələrinin altında saxlayır, hətta onlara irad tutan insanlara qarşı ya kobud rəftar edir, ya da istehza ilə yanaşır, biganəliklərini aşıq nümayiş etdirilər. Belə yerdə ulu M.Ə Sabirin bu sözlərini xatırlamamaq olmur: “Bizdə bu soyuq qanları neylərdin, ilahi?!”..

 COVID-19 ilə mübarizədə müəyyən edilmiş karantin rejiminin qaydalarına əməl olunması hər birimizin vətəndaşlıq borcudur. Birdəfəlik yadda saxlamılıyıq ki, bütün səylərimizi birləşdirib bu virusa qarşı birgə mübarizə aparmasaq, daha çox itkilərlə üz-üz qalacağıq. Digər viruslardan fərqli olaraq bu infeksiyanın yayılma sürəti kifayət qədər yüksəkdir. İnsanlarımız mövcud gigyenik qaydalara, bir-biri ilə yaxın təmasdan çəkinməyə əməl etməsələr, virusla mübarizə aparmaq da çətin olacaq.

Son günlər bir daha bunun şahidi olduq. Bəzi  vətəndaşlarımızın məsuliyyətsizliyi, biganəliyi, arxayınlaşma hissi yoluxma sayının kəskin artmasına gətirib çıxardı. Buna görə də ölkəmizdə yenidən karantin rejiminin sərtləşdirilməsinə qərar verildi. Bu məcbiri tədbir həm əhalinin sağlamlığının qorunmasına, həm də  səhiyyə sisteminin yüngülləşdirilməsinəvə  yoluxmanın azalmasına ciddi təkan verəcək. Nazirlər Kabineti yanında Operativ Qərargah bəzi bölgələrimizdə xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə qərar verdi. Qərara əsasən, qeyd edilən ərazilərdə yeni növ koronavirus infeksiyasının yayılma sürətinin azaldılması, habelə onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə xüsusi karantin rejiminin sərtləşdirilməsini təmin etmək üçün 2020-ci il 14 dekabr saat 00:00-dan 2021-cu il 18 yanvar saat 06:00-dək bəzi sahələr üzrə fəaliyyət dayandırılacaq.

Şübhəsiz, görülən tədbirlərin uğurlu nəticəsi olacaq. Çünki cari ilin mart-aprel aylarında da yoluxma çox olduğu üçün sərt karantin rejimi tətbiq edildi və may ayının sonunda bunun müsbət nəticəsi oldu. 

Mütəxəssislər, nüfuzlu beynəlxalq elmi-tədqiqat mərkəzləri tədqiqat və təcrübələrə əsasən, belə nəticəyə gəliblər ki,  koronavirus ilə mübarizədə tibbi maskadan istifadə etməklə yoluxma hallarının sayını qısa müddət ərzində xeyli azaltmaq mümkündür. Məsələn, Almaniyada  COVID-19-a yoluxmaya dair rəqəmləri təhlil edən bir qrup tətdiqatçı hamılıqla qoruyucu maska taxmaqla yoluxma sayının gündəlik 47 faiz azaldığı qənaətinə gəliblər. Belə ki,  tədqiqat zamanı ölkənin müxtəlif regionlarına dair məlumatlar müqayisə edilib. Aprel ayının əvvəlində məcburi qaydada maska taxmağın tətbiq edildiyi Yena şəhərində sonrakı həftələr ərzində yenidən yoluxma yollarının sıfırlandığı üzə çıxıb.

Bir daha vurğulamaq lazımdır ki, bu gözəgörünməz bəla ilə mübarizədə ən vacib şərt qaydalara əməl edilməsindədir. Özümüzü və yaxınlarımızı koranavirus infeksiyasından qorumaq, onun təsir gücünü minimuma endirmək üçün tələb olunan qaydalara əməl etmək hər kəsin başlıca vəzifəsidir.  Unutmayaq ki, məsuliyyətimiz, birliyimiz, fədakarlığımız  bizə bir nəfəs qədər yaxın olan bu gözəgörünməz düşmənə qarşı mübarizədə ən böyük silahımızdır.