10 fevral 2021 12:45
1635

YAP Goranboy rayon təşkilatı şəhid ailələrini ziyarət edib FOTO

Bu günlərdə YAP Goranboy rayon təşkilatının kollektivi Qızılhacılı qəsəbəsində 7 nəfər  Vətən müharibəsində həlak olmuş şəhidlərimizin ailə üzvlərini ziyarət edərək onlara maddi yardım göstərib.

“İki sahil” xəbər verir ki, YAP Goranboy rayon təşkilatının sədri Elçin İsmayılov şəhid ailələri ilə söhbət edərək onlara Allahdan səbir diləyib. Goranboy rayonunun Qızılhacılı qəsəbəsindən olan şəhidləri təqdim edirik:

Nuriyev Nofəl Xaliq oğlu

Baş çavuş Nuriyev Nofəl Xaliq oğlu 9 yanvar 1988-ci ildə Goranboy rayonunun Qızılhacılı qəsəbəsində anadan olub. 2011-ci ildən hərbidə həkim kimi işləməyə başlayıb. Aprel döyüşlərinin iştirakçısıdır. Vətən müharibəsi başlanan gündən ön cəbhədə döyüşlərdə iştirak edib. Ailəsi ilə sonuncu dəfə sentyabr ayının 28-də əlaqə saxlayıb. Son döyüşü 29 sentyabr 2020-ci ildə Suqovuşan-Ağdərə istiqamətində olub. Suqovuşan-Ağdərə istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Döyüşlərdə göstərdiyi qəhrəmanlıqlara görə ölümündən sonra “Vətən uğrunda” və “Laçın uğrunda” medalları ilə təltif olunub. Evli idi, 3 övladı var.

Ələkbərli Kənan Müşfiq oğlu

Çavuş Ələkbərli Kənan Müşfiq oğlu 15 may 1996 –cı ildə Goranboy rayonunun Qızılhacılı qəsəbəsində anadan olub. 20 sentyabr 2020-ci ildən MAHXE kimi ordu sıralarında xidmət etməyə başlayıb. Döyüşlər başlayan gündən döyüşlərə qatılıb. Suqovuşan –Ağdərə istiqamətində döyüşlərdə fəal iştirak edib. 10 oktyabr 2020-ci ildə Suqovuşan- Ağdərə istiqamətində gedən döyüşlərdə şəhid olub. Evin tək oğlu idi. Ölümündən sonra “Vətən Uğrunda” medalı ilə təltif edilib.

Vəliyev İlkin Səfail oğlu

Kəşfiyyatçı əsgər Vəliyev İlkin Səfail oğlu 18 may 1996-cı ildə Goranboy rayonunun Qızılhacılı qəsəbəsində anadan olub. 44 günlük Vətən müharibəsi başlanan gündən könüllü olaraq döyüşlərə qatılıb və döyüşlərdə yaxından iştirak edib. 29 sentyabrda Suqovuşan-Ağdərə istiqamətində gedən şiddətli döyüşlər zamanı şəhidlik zirvəsinə ucalıb.

Qurbanov Fariz Məhəmməd oğlu

Çavuş Qurbanov Fariz Məhəmməd oğlu 28 iyun 1988-ci ildə Goranboy rayonunun Qızılhacılı qəsəbəsində anadan olub. 2020-ci ilin avqustundan orduda MAHXE kimi xidmətə başlayıb. Müharibənin ilk günündən cəbhəyə yollanan Fariz Qurbanov döyüşlərin ikinci günü Ağdərə-Suqovuşan istiqamətində gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olub. Fariz Qurbanov ölümündən sonra “Vətən uğrunda” və “Suqovuşan uğrunda” müdalları ilə təltif olunub.

Həsənov Elman Mehman oğlu

Çavuş Həsənov Elman Mehman oğlu 28 fevral 1993-cü ildə Goranboy rayonunun Qızılhacılı qəsəbəsində anadan olub. 2016-cı ildən ordu sıralarında MAHXE kimi xidmətə başlayıb. Aprel döyüşlərinin iştirakçısı olub. Vətən müharibəsi başlayan ilk gündən düşməni məhv etmək üçün döyüşlərə atılıb. Döyüşlərin ilk günü- 27 sentyabr 2020-ci il tarixdə Ağdərə-Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Şəhidin nəşi 28 sentyabrda ailəsinə təhvil verilib. Döyüşdə göstərdiyi qəhrəmanlığa görə ölümündən sonra  “Suqovuşan uğrunda” medalı ilə təltif edilib. Ailəli olub, iki oğul övladı var.