Vəli İlyasov |
Çünki yiyələri ölmüş hərbi texnikaları indi onlar üçün göz dağına çevrilib
Bakının Xətai rayonunda Hərbi Qənimətlər Parkının açılışı oldu. Böyük qürurla deməliyik ki, Parkda Vətən müharibəsi günlərində döyüşlərdə düşməndən qənimət götürülən artilleriya qurğuları, atıcı silahlar və müxtəlif hərbi texnikalar nümayiş etdirilir.
Ermənistan mətbuatında və siyasi-ictimai dairələrində Parkda hərbi qənimətlərin nümayiş etdirilməsi dərin məyusluq yaradıb. Fərsiz erməni generalları və dövlətə başçılıq edənlər qəzəb, rişxənd və qınaq yerinə çevriliblər. Onlar buna görə ən çox baş nazir Nikol Paşinyanı günahlandırırlar.
Erməni politoloq Qaqik Qambaryan yazır ki, Bakıda açılmış Hərbi Qənimətlər Rarkında erməni əsgərlərin kuklaları və manikenləri da yerləşdirilib, onların hamısı debil və şizoidal simalardır: “Azərbaycanlılar bu “sima”nı onlar tərəfindən diz çökdürülmüş, alçaldılmış və aşağılanmış Nikoldan götürüblər. Onlar üçün ən iyrənc erməni Nikolun təsviridir, çünki rəqibimiz belə xainlərdən iyrənir: Maraqlıdır, xain Nikolu dəstəkləyənlər və ona xidmət edənlər ticarət etmək və pul qazanmaq üçün türklərlə yaxınlıq və dostluq etməkdən dedi-qodu etməyə davam edəcəklər?
Erməni ictimai xadim Artur Qazaryan da “Facebook” səhifəsində bu məsələyə toxunub: “Bu gün Bakıda açılmış Hərbi Qənimətlər Parkında İlham Əliyev ölmüş erməni əsgərlərin dəbilqələrinin yanından keçir. Bizim bu davamlı alçaltmaları udmağa haqqımız yoxdur”.
Ermənistan parlamentinin “Mənim addımım” fraksiyasının deputatı Nazeli Vardanyan parlamentin iclasında çıxış edərək Azərbaycanda açılmış, erməni hərbi qulluqçuların dəbilqələrinin yerləşdirildiyi Parka toxunub: “Bu, şillə və ölmüş hərbi qulluqçulara qarşı hörmətsizlik idi”.
Qondarma qurumun keçmiş “nümayəndəsi” Senor Həsrətyan isə yazıb ki, dünən qonşu, ancaq dost olmayan ölkə erməni tərəfini alçaltmağın növbəti “mərasim”ini təşkil edib: “Bu, erməni ruhunun son hissələrini əzməyə yönəlmiş “psixoloji hücumlardan” biridir”.
Erməni prodüser, rejissor Ruben Mxitaryan “Facebook” səhifəsində məsələyə belə münasibət bildirib: “Nə ayıbdır?.. Ay insan, nə ayıbdır?.. Parlament tribunasından “Mənim addımım” fraksiyasının deputatı deyir ki, İlham Əliyevin yaratdığı “qənimət parkı”na toxunmaya bilməzdi. Ay insan, bu qədər həyasızlıq bunlarda haradandır? Ay insan, bir həftə əvvəl türklər və azərbaycanlılar ilə dostlaşmaqdan danışan siz deyildiniz?”.
Erməninin özü millətinin həyasızlığını etiraf etməsi nadir faktlardan biridir. Ancaq fikir verdinizsə, məsələyə münasibət bildirən ermənilərin hamısı onların əsgərlərinin dəbilqələrinə hörmətlə yanaşmamızı umurlar. Bəli, həyasızlıq olar, amma bu qədər də yox. Görəsən, bu “ mədəni millət” Xocalıda, Ağdabanda, Bağanis-Ayrımda, Meşəlidə, Cəmillidə, Kərkicahanda körpə uşaqları, qadınları, qocaları insanlığa yaraşmayan vandallıqla qətlə yetirəndə bu “hörmət hissi” hansı xarabada qalmışdı? İndi utanmaz-qızarmaz sifətdə gorbagor olmuşlara hörmətli yanaşma istəyirlər. Yüzlərlə abad kəndimizi, şəhərlərimizi viran qoyanda, sərvətlərimizi yağmalayıb öz xarabalarına daşıyanda düşünmürdülərmi ki, bir gələcək bunlara görə cavab verməli olacaqlar? Ağıllarına gəlmirdimi ki, bu qədər cinayətləri törədəndən sonra “araba gölgəsi”ndə nə qədər daldalanacaqlar? Ruben Mxitaryan öz iç üzlərini düzgün açaraq deyir ki, nə ayıbdır, biz belə şeylərə çoxdan öyrəşmiş canlarıq. Bəli, ermənilərin ata-babaları bizim dədə-babalarımızın atlarına-eşşəklərinə mehtərlik edərək gecələr heyvanların axurlarında yatıblar. “Ayıb, şərəf, qeyrət” tarixən erməni millətinə xas olmayıb. Bunu dünyanın ən tanınmış filosofları, dövlət başçıları, siyasətçiləri, şair və yazıçıları da bəyan ediblər. Yüzlərlə misal da gətirə bilərik. Qısaca desək, ermənilərin şərəf və ləyaqətdən danışmağa belə haqları çatmır. Ataları “soğan”, anaları “sarımsaq” olanlar indi haradan gülməşəkər olublar?..