Vəli İlyasov |
İnsanda ar-abır yaxşı şeydir, amma bunlar ermənilərdə anadagəlmə olmur. Ona görə də onların qəribə düşüncələri və əndazəni aşan hərəkətləri bizə qəribə gəlməməlidir. Dünyanın bir çox görkəmli şəxsiyyətləri ermənilərin anadan ləyaqətsiz-arsız, şərəfsiz, qeyrətsiz, kələkbaz, bic və hiyləgər doğulduqları barədə yaddaqalan fikirlər söyləyiblər. Bütün dünya bilir ki, Ermənistan adlı qondarma dövlət bolşeviklərin təzyiqi və köməyi ilə Azərbaycan ərazisində təşkil olunub. Özünə yer eləyən bu həyasız toplum indi haray-həşir salıb ki, Azərbaycan onların sərhədlərini pozur. Çox gülməlidir.
Azərbaycanın guya Ermənistanın “suveren ərazisini” pozduğuna dair iddialar tamamilə əsassızdır. Son günlərdə Azərbaycan Xarici İşlər Nazirliyi bu xüsusda məlumat yayaraq Ermənistanla Azərbaycan arasında yaranmış sərhəd gərginliyi ilə bağlı vəziyyətə aydınlıq gətirib.
Bildirilib ki, sərhəd məsələlərinin kökündə duran səbəb Ermənistanın 2020-ci il noyabrınadək Azərbaycan ərazilərini qanunsuz işğal altında saxlaması olub. Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədlərini pozan məhz Ermənistandır. Azərbaycan yalnız beynəlxalq səviyyədə tanınmış sərhədlərini bərpa edir.
Rəsmi açıqlamalarda artıq bildirildiyi kimi, Ermənistanla həmsərhəd olan Azərbaycanın azad edilmiş bölgələrində hava şəraitinin mülayimləşməsi ilə əlaqədar ölkəmiz özünün ərazi bütövlüyü çərçivəsində həyata keçirilən sərhəd mühafizə sisteminin gücləndirilməsi işini davam etdirir. Bu proses Ermənistanla Azərbaycan arasındakı sərhəd xəttini təyin edən, tərəflərin hər birində olan xəritələr əsasında həyata keçirilir.
Azərbaycan bütün ölkələrin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin suverenliyinə, ərazi bütövlüyünə və toxunulmazlığına hörmət edir və o cümlədən də Ermənistanın sərhədlərini tanıyır. Ancaq bu, o demək deyil ki, Azərbaycan yenə də Ermənistana ərazi güzəştinə gedəcək. Xeyr, bəxşişlər qurtarıb.
Şübhəsiz ki, bu prinsiplərə qarşılıqlı hörmət, bu əsasda mehriban qonşuluq münasibətləri qurmaq və sərhədlərin delimitasiyası -demarkasiyası prosesinə xoş niyyətlə başlamaq ortaya çıxa biləcək bütün mübahisələrin həll edilməsinin yeganə yoludur.
Ermənistan və Azərbaycan müharibədən yeni çıxmışlar, buna görə də uğurlu sərhəd demarkasiyası və delimitasiyası sülh və təhlükəsizliyin təminatı üçün açar rolunu oynayır. Son aylar ərzində tərəflər arasında sərhəd məsələləri üzrə fikir ayrılıqları olub və bunların hamısı üçtərəfli Bəyanatın tərəfləri arasında danışıqlar yolu ilə həll edilmişdir. Bu cür fikir ayrılıqları isə siyasi və diplomatik yollarla həll edilməlidir.
Məğlub olmasından yeddi ay keçməsinə baxmayaraq Ermənistan hələ də Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Kərki kəndini və bir çox ərazilərimizi xoşluqla boşaltmır. Belə görünür ki, biz həmin ərazilərin boşaldılmasını tələb edəndə ermənilər adəti üzrə cığallıq edəcək, dünyaya qaraqışqırıq salacaqlar. Hələ utanıb-qızarmadan bizimlə Qaragöl mübahişəsi yaradırlar, sanki Qaragöl bunların dədə-babasından qalıb. Öz torpaqlarımızı özümüzə şərtlərlə qaytarmağa çalışan ermənilər əvəzində yenə də nəsə qoparmağa çalışırlar. Ancaq keçmiş ola, əgər dirəşsələr it kimi qorxduqları “dəmir yumruq” başlarının üstündə hazırdır.