KÖŞƏ

Zahid Rza

Milli mənliyini itirən lakeylər

01 iyun 2021 22:58
1794

Sosial şəbəkələri, xüsusilə “YouTobe”u anti-Azərbaycan təbliğatının meydanına çevirən, mənəviyyatsız Qənimət Zahid, Sevinc Osmanqızı, Tural Sadıqlı, Qabil Məmmədov, Fəhmin Hacıyev, Vidadi İsgəndərli kimi antimilli ünsürlər ilahi ədalət qarşısında cavab verməlidirlər

Azərbaycan keşməkeşlərlə dolu tarixinin ən parlaq dövrünü yaşayır. Bu gün Azərbaycanın hərtərəfli və dinamik şəkildə inkişafı, Prezident İlham Əliyevin rəhbərliyi ilə yürüdülən çoxşaxəli və milli maraqlara söykənən müstəqil xarici siyasət kursu ölkəmizin Cənubi Qafqaz regionunun ən inkişaf etmiş diyar olaraq qalmasını təmin edib. Əldə etdiyimiz uğurlar beynəlxalq səviyyədə də etiraf edilir. Milli birlik və həmrəylik nümayiş etdirərək 44 günlük Vətən müharibəsindən sonra siyasət, informasiya və diplomatiya meydanında yenilməz iradə, qətiyyət və prinsipiallıq nümayiş etdirərək 2020-ci il noyabr ayının 10-da Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin imzaladıqları birgə Bəyanatın müddəlarının icrasını müxtəlif bəhanələrlə yubatmaq yolunu tutan düşmənə və onun havadarlarına qarşı əzmkarlıqla mübarizə aparan dövlətimizin başçısının ətrafında daha sıx, yumruq kimi birləşib.

Ölkəmizin əldə etdiyi nailiyyətlər, qazandığı uğurlar, beynəlxalq hüquq müstəvisində istənilən məsələ üzrə milli maraqlarını qətiyyətlə müdafiə etməsi və bunun üçün lazımi gücün, qüdrətin sahibi olmasını həzm edə bilməyən bu satqın və xəyanətkar ünsürlər ən çirkin vasitələrdən istifadə edərək Azərbaycanın beynəlxalq nüfuzuna xələl gətirmək üçün dəridən-qabıqdan çıxırlar. Ermənipərəst dairələrin tulapayı qrantları müqabilində sosial şəbəkələri mənəvi terror alətinə çevirən Tural Sadıqlı, Qabil Məmmədov, separatçı, Azər Kazımzadə, Məhəmməd Mirzəli və onların ölkəmizdəki təmsilçiləri, eləcə də siyasi partiya adı altında fəaliyyət göstərən dağıdıcı müxalifətin başbilənlərindən olan AXCP sədri Əli Kərimli, “Milli Şura”nın sədri Cəmil Həsənli, Gültəkin Hacıbəyli başqaları Azərbaycana qarşı şər, böhtan kampaniyasının coğrafiyasını gündən-günə genişləndirirlər.

Bu xəyanətkar ünsürlər bütün mənəvi dəyərləri ayaqlar altına ataraq anti-Azərbaycan dairələrdən aldıqları sifarişlər əsasında, həmçinin ölkəmizdəki vətənpərvər insanların, vəzifəli şəxslərin, dövlət və hökumət adamlarını əxlaqsızcasına təhqir edir, mənəvi terorra məruz qoyurlar. Sosial şəbəkələr, xüsusilə “YouTobe” Qənimət Zahid, Sevinc Osmanqızı, Vidadi İsgəndərli kimi lakeylərin anti-Azərbaycan təbliğatının meydanına çevrilib.

Məsələ orasındadır ki, ermənipərəst dairələrin təsiri altında olan təşkilatların təlimatı ilə Azərbaycana qarşı kin-küdürət, irin püskürən bu satqın dəstənin üzvləri sosial şəbəkələr vasitəsilə terrorizmi, nifrəti, vətəndaş itaətsizlyini təbliğ edtiklərinə, dezinformasiya yaydıqlarına, insanların şərəf və ləyaqətini alçatdıqlarına, böhtan yağdırdıqlarına və digər qanunazidd hərəkətlərinə görə qanunvericilik çərçivəsində ən sərt şəkildə cəzalandırılmalıdırlar. Çünki antimilli, çoxdan mənəvi-psixoloji deqradasiyaya uğramış bu satqınlar cəzasız qaldıqca daha da azğınlaşacaqlar. Müşahidə və təhlillər göstərir ki, siyasi mühacir adı altında xarici ölkələrdə yuva salan, təhqiri, söyüşü mübarizə metodu seçən, “böhtan at-izi qalsın” prinsipi ilə fəaliyyət göstərən T.Sadıqlı, V.İsgəndərli, Q.Məmmədov, M. Mirzəli, O.Temirxan, Q.Zahid, S.Osmanqızı kimilərin bu bədnam əməlləri ölkəsinə,Vətəninə, xalqına bağlı olan hər bir Azərbaycan vətəndaşını narahat edir. Yeri gəlmişkən, bu cinayətkar və xəyanətkarların sığındıqları bəzi Qərb ölkələrində bununla bağlı prosedur qaydalar möcuddur. Belə ki, Almaniya bu cür qanunazidd hərəkətlərə yol verilməməsi üçün sosial şəbəkə operatorlarının üzərinə müəyyən hüquqi məsuliyyət qoyub. Yəni, belə hallara yol verən şəxslərin tapılıb, məsuliyyətə cəlb olunmasında sosial şəbəkə operatoru məsuliyyət daşıyır. Bundan başqa, artıq dünyanın bəzi ölkələrdə sosial şəbəkələr vasitəsilə insan ləyaqətinin alçaldılmasına qarşı hüquqi müstəvidə qiymət verilməsinin mexanizmləri gücləndirilib. Həmçinin böhtan və təhqirə görə sosial şəbəkələr nəzarətə götürülərək ciddi tədbirlər görülür. Belə hesab edirik ki, bu barədə ciddi düşünməyin vaxtı çatıb. İlk növbədə sosial şəbəkələrdəki məsuliyyətsizlik mühitinə son qoyulmalı “böhtan at-izi qalsın” təlimatı ilə ilə fəaliyyət göstərən antimilli ünsürlər ilahi ədalət qarşısında cavab verməlidirlər.