Vəli İlyasov |
Əlbir olub Serj ilə Robik, ovlaya bilmədilər Nikolu tədbir ilə...
İqtidarda olarkən Azərbaycana qarşı daim düşmənçilik siyasəti yeridən Robert Koçaryan və Serj Sarkisyan parlament seçkilərində Nikol Paşinyan qarşısında biabırçı nəticələrlə məğlub oldular. Hər iki terrorçu erməni toplumuna hakimiyyətə gəlsələr “layiqli sülhə” nail olacaqlarını bəyan edirdi. Bu sərsəmləmə o demək idi ki, guya yenidən müharibə edərək Azərbaycana qalib gələcək və “layiqli sülh” müqaviləsi bağlayacaqlar. Ancaq deyə bilmirlər ki, hansı ordu ilə müharibə edəcəklər. Canlı qüvvəsinin böyük hissəsi, zirehli texnikasının və artilleriyasını 80 faizdən çoxunun məhv edildiyi ordu ilə hansı sərsəm müharibə edər?
Xatırladaq ki, Koçaryan və Sarkisyan Dağlıq Qarabağ münaqişəsinin həllini uzatmağı ağıllı gediş hesab edərək Azərbaycan xalqının heysiyyatı ilə oynayır, erməni toplumunu isə müsibətli gələcəyə aparırdılar. Həmin gələcək 2020-ci ilin noyabrında Ermənistan silahlı qüvvələrinin ağır məğlubiyyəti ilə qurtardı. Erməni toplumu başa düşdü ki, münaqişə vaxtında dinc yolla həll olunsaydı, ikinci müharibədə 20 mindən artıq əsgər və zabiti ölməz, yaralanıb şikəst olmaz, ölkə bütün sahələrdə acınacaqlı vəziyyətə düşməzdi.
Koçaryan və Sarkisyanın ağılsız siyasətləri erməni toplumunu on aydan bəri yaşadığı məğlubiyyətə apardığından budəfəki parlament seçkilərində bir qrup korrupsionerdən və onların tərəfdarlarından başqa səs verən olmadı. Özlərini bic və siyasətçi hesab edən Koçaryan və Sarkisyan axmaq və bambılı kimi tanınan Nikol Paşinyana böyük fərqlə uduzdular.
Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin “Biz Koçaryanın və Sarkisyanın qurduğu ordunu, onların tikdikləri istehkamları darmadağın etdik” sözləri erməni toplumunu sanki yuxudan ayıltdı. Ona görə də erməniləri üçüncü daha biabırçı müharibəyə çağıranlara əhəmiyyət verməyərək nə qədər gicbəsər olsa da Paşinyanın seçilməsinə səs verdi. Artıq bir çox ermənilər Qarabağın Azərbaycan ərazisi olduğunu etiraf edir, öz övladlarının Qarabağda hərbi xidmətə göndərilməsinə qətiyyətlə etiraz edirlər.
İndi Robert Koçaryanın “Hayastan”dan daha çox “Hayasızstan” mənasını verən qrupunun çıxış edərək seçkilərdə saxtakarlığa yol verildiyini iddia etmələrinə qulaq verən yoxdur. Xarici havadarları ilə birgə Paşinyana qalib gələ bilməyən Koçaryan nə qədər atılıb-düşsə də səsi başına yığdığı qrupdan o yana çıxmır. Məşhur təmsildə ayı və şir əlbir olub dovşanı ovlayır, lakin onu bölə bilmirlər. Ermənistanda isə ayı ilə şir heç dovşanı ovlaya da bilmədilər. Təzəlikcə ağıllanan Serj Sarkisyan axına qarşı çıxmamaq üçün deyir ki, mən Azərbaycanla münaqişəni həll etmək istəyirdim, çıxışlarımda dəfələrlə demişəm ki, Ağdam mənim vətənim deyil. Bundan soruşan yoxdur ki, a Serjik sənin vətənin olub ki?! İndi çörəyini yediyin torpaq da Azərbaycanın qədim torpağıdır. Utanmazın oynaması təəccüblü deyil. Dərəbəyliyin hökm sürdüyü İrəvanın Teatr meydanında Serjik Paşinyanın qarşısında meymun kimi nə qədər istəsə oynaya bilər.