KÖŞƏ

Vəli İlyasov

Düşmən bir də baş qaldırarsa…

18 avqust 2021 00:58
1482

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin “CNN Türk” televiziya kanalına müsahibəsi beynəlxalq aləmdə böyük rezonans doğurub. Müsahibəsində dövlətimizin başçısı həm Ermənistana, həm də havadarlarına ciddi mesajlar verdi. Kəskinliklə xəbərdar etdi ki, əgər yenə də erməni faşizmi baş qaldırmağa cəhd göstərsə, biz onun başını bir daha əzəcəyik. İkinci Qarabağ müharibəsindəki məğlubiyyət onlar üçün dərs olmalıdır. Təbii ki, düşmənlərimiz bu xəbərdarlıqdan ciddi nəticə çıxarmalı, yenidən müharibə əhval-ruhiyyəsinə düşməməlidirlər. Unutmamalıdırlar ki, 30 il ərzində xarici havadarlarının köməyi ilə işğal altında saxladıqları Azərbaycan ərazilərindən cəmi 44 gün ərzində qovuldular. Bu müddət ərzində Ermənistan ordusu darmadağın edildi, zirehli texnikasının və artilleriyasının 85 faizi qənimət götürüldü və ya sıradan çıxarıldı. Keçən il noyabrın 10-da Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistanın baş nazirinin imzaladıqları üçtərəfli Bəyanatla düşmən rəsmən təslim olduğunu etiraf etdi. Bundan sonra ermənilərin yenidən baş qaldırmaları mümkün deyil. 

Xatırladaq ki,  İkinci Qarabağ müharibəsi günlərində Prezident İlham Əliyev informasiya cəbhəsində də qələbəmizin təmin olunmasında mühüm addımlar atdı. Müharibə davam etdiyi müddətdə dövlətimizin başçısı dünyanın 30-dan artıq aparıcı KİV-lərinə,  tanınmış televiziya kanallarına, o cümlədən də “CNN Türk” telekanalına  müsahibə vermişdi. Müzəffər Ali Baş Komandan dünyanın tanınmış telekanallarına və media nümayəndələrinə verdiyi müsahibələrdə münaqişənin yaranma səbəbləri, Ermənistanın hələ də işğalçılıq siyasətindən əl çəkməməsi, dünyada baş alıb gedən ikili standartlar, islamofobiya, dövlətlər arasında ayrı- seçkilik, həmçinin beynəlxalq hüquq normalarına hörmətsizliyə qarşı heç bir tədbir görülməməsi barədə ətraflı məlumat verdi. Dünya ictimaiyyəti bir daha şahidi oldu ki, Ermənistan qonşu dövlətlərin torpaqları hesabına hələ də “böyük Ermənistan” dövləti yaratmaq iddiasından əl çəkməyib və öz ərazisini qonşu ölkələrin torpaqları hesabına daha da genişləndirmək istəyir. Təəssüf ki, beynəlxalq aləm, xüsusilə  Avropanın bir sıra dövlətləri, o cümlədən qərəzli beynəlxalq təşkilatlar Ermənistanın faşizmə xas olan siyasətini biganəliklə qarşılayır, işğalçı ölkəyə heç bir sanksiya tətbiq etmir,  təsir göstərmirdilər.

Prezident İlham Əliyev sözügedən müsahibəsində bir çox məqamlara toxundu və Ermənistanda baş qaldıran revanşistlərə, o cümlədən onları silahlandıranlara, himayədarlıq edənlərə ciddi mesajlar göndərdi, lazımi xəbərdarlıq etdi.

Dövlət başçısı, həmçinin ermənilərin işğal dövründə törətdikləri insanlığa xas olmayan vəhşilikdən, vandalizimdən söhbət açaraq bildirdi ki, yurd həsrəti ilə yaşayanların sevinci bizim sevincimizdir. Mənim üçün ən sevincli günlər onların sevincini görməkdir. Təbii ki, otuz il Vətən həsrəti ilə yaşamış insanlar tezliklə öz yurdlarına, doğma ocaqlarına qayıtmaq istəyirlər. Ancaq çox yaxşı bilirlər ki, orada bütün evlər, kəndlər, şəhərlər dağıdılaraq yerlə-yeksan edilib. İndi gedib orada yaşamaq mümkün deyil, o yerlərdə infrastruktur yaradılmalı, geniş quruculuq işləri aparılmalıdır.

Prezident İlham Əliyev jurnalistin Laçın dəhlizi ilə bağlı sualına  cavab olaraq qəti şəkildə bildirdi ki, 10 noyabr razılaşmasına görə Rusiyanın sülhməramlı qüvvələrinin nəzarətində olan ərazilərə Ermənistandan silahlar və hərbçilər göndərilə bilməz. Təəssüf ki, bu hal hazırda da davam edir. Prezident bu barədə bir neçə dəfə şifahi qaydada iradlarını bildirdiyini diqqətə çatdırdı. Vurğuladı ki, bunun nəticəsi olmadığından rəsmi qaydada xəbərdarlıq edildi.

Cənab İlham Əliyev bu faktı da diqqətə çatdırdı ki,  Şuşada  Laçın dəhlizi açıq-aydın görünür. Orada bir yer var, yuxarıdan gələn-gedən bütün avtomobillər görünür. Oradan məsafə bəlkə də 10 metrdir. Bizim orada, təbii ki, texniki vasitələrimiz, kameralarımız var. Biz Laçın dəhlizi ilə Rusiya sülhməramlı qüvvələrinin nəzarətində olan bölgələrdə baş verən hadisələri də izləyirik. Xankəndiyə gedən avtomobillərin sayını dəqiqliyi ilə bilirik. Bu yaxınlarda bizim mətbuatda bu məsələ ilə bağlı açıqlama verildi, o cümlədən göstərildi ki, son bir ay ərazində - iyulun 11-dən avqustun 8-dək təqribən 5 minə yaxın insan Xankəndidən Ermənistan tərəfinə getdi və qayıtmadı. Yəni, oradan 20 min insan çıxdı və 15 min insan oraya girdi. Deməli, biz insanların sayına qədər bilirik. Təbii ki, buna son qoyulmalıdır. Bizim ərazimizdə Azərbaycanın qanunlarını qəbul edənlər və tabe olanlar qalıb yaşaya bilərlər, düşmən mövqe tutanlar isə çıxıb hara istəsələr gedə bilərlər. Çünki orada qalan 25 min nəfərə status verilə bilməz. Prezidentin müsahibəsində açıq surətdə vurğulandı ki, Qarabağ bölgəsində bir nəfər də olsun separatçı qalmamalıdır. Bunun üçün lazım gəlsə antiterror əməliyyatı da keçirilə bilər.

İş o yerə çatıb ki, real mənzərəni tamamilə düzgün əks etdirən müsahibəni dinləyən bir çox ermənilər Azərbaycan Prezidentinin  fikirlərini qəbul etməli olublar.

İrəvandakı nəşrlərin birinin siyasi şərhçisi Romella Mnatsakanyan yazıb: “Azərbaycan Prezidenti “CNN Türk” televiziya kanalına müsahibəsində Ermənistana çox vacib mesaj göndərdi. Onun sözlərinə görə, məğlub edilmiş rəhbərliyin yenidən xalqdan səs alması tarixdə görünməmiş bir hadisə idi. Əliyev tamamiilə haqlıdır. Biz düşməni kənarda axtarmamalıyıq. Düşdüyümüz bu biabırçı vəziyyətdə hər birimiz günahkarıq. Bu, bizim üçün heç vaxt silinməyəcək ləkə olacaq”.

Ancaq Romella Mnatsakanyan bir ifadəni unudub. Əgər o, desəydi ki, ermənilər və  Ermənistan bütün Yer kürəsinə bir ləkədir, bu, daha doğru olardı.