KÖŞƏ

Zahid Rza

Antimilli ünsürlərin qatarı çoxdan gedib...

27 avqust 2021 23:16
1169

Cəmiyyətimizin hələ uzun illər bundan əvvəl antimilli fəaliyyətlərinə, Azərbaycanın düşmənləri ilə işbirliyində olduqlarına görə AXCP və Müsavat Partiyasının üzərindən birdəfəlik xətt çəkdiyini yaxşı bilirik. Hamımız  onu da yaxşı bilirik ki, milli maraqlarımıza zidd hərəkətlərinə görə  dəfələrlə ifşa olunan AXCP sədri Əli Kərimli, “Milli Şura”nın rəhbəri Cəmil Həsənli, Müsavat Partiyasının başqanı Arif Hacılı və onların yanında düşmən yalı ilə yallananlar, xaricdə “siyasi mühacir” adı ilə məskunlaşan, manqurtlaşan Qənimət Zahid, Sevinc Osmaqızı, Tural Sadıqlı, Fəhmin Hacıyev, Vidadi İsgəndərli, Azər Kazımzadə kimi satqın, zəkasız, siyasi fəhmsizlərin Azərbaycan əleyhinə apardıqları qarayaxma kampaniyası birmənalı olaraq iflasa uğrayacaq. Onların adı isə Azərbaycan tarixinə xəyanətkar kimi yazılacaq.

Məlum həqiqətdir ki, bir millət üçün milli və ya dövlət maraqları hər şeyin fövqündə dayanır. Xalqına söykənərək, ona güvənərək ən çətin problemləri qətiyyətlə, səbrlə, müdrik qərarları ilə uğurla həll edən Prezident İlham Əliyev bunu belə ifadə edir: “Müstəqil xarici siyasət aparmaq heç də asan deyil, ancaq çox şərəflidir. Bəzi ölkələr başqa yol seçirlər, böyük ölkələrin qanadının altında yer alırlar. Bu, bəlkə daha rahat yoldur. Ancaq bizim yolumuz ləyaqətli yoldur. Azərbaycanın dünya miqyasında rolu göstərir ki, bu, yeganə düzgün siyasətdir. Bu siyasətin əsas prinsipi Azərbaycan dövlətinin və Azərbaycan xalqının milli və dövlət maraqlarıdır. Bu, bizim üçün əsas şərtdir”.

Anti-Azərbaycan dairələrin buyruq qulları olan xəyanətkarlar dəstəsi-AXCP sədri Əli Kərimli, “Milli Şura” deyilən qurumun rəhbəri Cəmil Həsənli, Müsavat Partiyasının başqanı Arif Hacılı və onların ətrafındakı yala hürənlər təxminən 30 il müddətində ölkəmizin milli mənafelərini özlərinin korporativ maraqları naminə  qurban verməyə hazır olduqlarını dəfələrlə sübut ediblər. Çünki onların Azərbaycanın milli maraqları ilə heç bir bağlılığı yoxdur. Dağıdıcı müxalifət təmsilçiləri üçün milli maraqlar yox, öz şəxsi mənafe və ambisiyaları əsasdır. Şübhəsiz, bu marginalların mövqeyi ölkəmizi istəməyən düşmən qüvvələrin, anti-Azərbaycan dairələrin maraqları ilə tam olaraq üst-üstə düşür. Uzun illər məlum antimilli düşərgədə baş verənlər onu deməyə əsas verir ki, dağıdıcı müxalifətin maraqları Azərbaycanın milli mənafeləri ilə tam ziddiyyət təşkil edir.

Antimili ünsürlər bu gün də həmin istiqamət üzrə öz çirkin, xəyanətkar fəaliyyətlərini davam etdirirlər. Bu günlərdə biz bir daha bunun şahidi olduq. Belə ki, 2021-ci il iyunun 15-də qardaş  Türkiyə ilə Azərbaycan arasında imzalanan böyük tarixi əhəmiyyətə malik Şuşa Bəyannaməsi dən sonra Azərbaycanda fəaliyyət göstərən 48 siyasi partiya bu müqaviləni dəstəkləyən birgə bəyənat imzaladı. Xarici qüvvələrin əlində alətə çevrilən, daim ölkəmizin milli maraqlarına qarşı fəaliyyət göstərən Müsavat Partiyasının sədri Arif Hacılı və AXCP-nin sədri Əli Kərimli bu bəyanata da qarşı çıxdılar. Öz şəxsi ambisiyalarını hər şeydən üstün tutan bu “liderciklər” siyasi partiyaların birgə bəyanatına imza atmadılar. İmza atmaqdan imtina etmələri bir yana, üstəlik bu bəyanata qarşı həyasızcasına qara piar kampaniyası aparsalar da heç nəyə nail ola bilmədilər. Əksinə, xalqın nifrətini qazandılar, cəmiyyətin böyük etirazı ilə qarşılaşdılar.

44 günlük Vətən müharibəsi Azərbaycanın tarixi Zəfəri ilə başa çatdı. Azərbaycan son 2 əsrlik tarixində ilk dəfədir ki, müharibədən ərazi itkisi ilə yox, ərazi bütövlüyünü bərpa edərək çıxdı. Uzun illərdən bəri düşmən tapdağı altında qalmış torpaqlarımızın işğaldan azad edilməsi ilk növbədə Azərbaycan xalqının özünə inamını qaytardı, xalqın öz liderinə, onun gücünə etibarını daha da möhkəmləndirdi. Vətən müharibəsinin zəfərlə başa çatmasından sonra dövlətimizin qarşısında duran əsas vəzifə azad olunmuş ərazilərimizin bərpası və yenidən qurulmasıdır. Artıq bu istiqamətdə müvafiq işlər başlayıb və quruculuq işləri sürətlə davam edir. Bütün bunlar isə başda məğlub Ermənistan olmaqla anti-Azərbaycan dairələrin və onların ruporu olan ölkə daxilindəki “beşinci kolon”nun xəyanətkar ünsürlərini ciddi narahat edir, əsəblərini tarıma, yuxusunu ərşə çəkir. Ancaq bunların heç bir faydası yoxdur. Çünki onlar dünən olduğu kimi, bu gün də məğlubdurlar. Necə deyərlər, bu dönüklərin,  sosial şəbəkə parazitlərinin, xəyanətkar zümrənin qatarı çoxdan gedib...

Məhərrəm Ağalaroğlu
Anama məktub
Elşad Miraləm
BİZ KİMİK?