Vəli İlyasov |
Ancaq “daydayısı” Sorosun yaşıl pulları onu ayağa qaldırır
Hakimiyyətə gələndə demişdi ki, Ermənistan süd gölündə üzən demokratik bir ölkə olacaq. Baş tutmadı. Onun dövlət başına gəldiyi gündən indiyədək Ermənistan qurbağa gölünə bənzəyir, qarıldaşanların sayı daha da artıb, qara buludlar ermənilərin başı üzərindən əskik olmur. Nikol Paşinyan halinin sosial vəziyyətini yaxşılaşdırmaq əvəzinə cəmi on dörd ay əvvəl erməniləri yeni müharibəyə, yeni ərazilər tutmağa çağırmışdı. Ermənilərə söz vermişdi ki, donuzlarımız və siz Kürdən su içəcəksiniz. Ancaq alınmadı, yalançı çıxdı. Təkəbbürlə söyləyirdi ki, qalxıb ayağa dursa bütün dünya erməniləri və dostları ona dəstək verəcək. Erməni toplumu bunu da görmədi.
Paşinyanın evi yansa inanan olmayacaq. Çünki o, baş nazir olduğu üç il yarımda ermənilərə o qədər yalan-palan söyləyib ki, indi lap “astvas”a da and içsə xeyiri olmayacaq. Erməni toplumu növbənöv yalanlarla “gələcəyə” doğru iməkləməkdədir. Ermənilər qışqır-bağır salaraq Nikolun yeni yalanına uymadıqlarını bildirsələr də, ancaq “Dəmir yumruq” təhlükəsinin başlarının üstündən asıldığını da yaddan çıxarmırlar. Nəymiş bu yeni yalan? Xırdalayaq.
Əvvəlcə görün öz ermənisi Paşinyan haqqında nələr yazır: “Baş nazir Nikol Paşinyandan tutmuş xarici siyasət idarəsinin rəhbəri Ararat Mirzoyana qədər, Ermənistan rəhbərliyi lap əvvəldən bildirmişdi ki, Zəngəzur dəhlizi layihəsi heç vaxt reallaşmayacaq. Erməni toplumu əmin edilirdi ki, bu, heç söhbət mövzusu da ola bilməz. Amma indi Ermənistan ictimaiyyəti başa düşür ki, onu növbəti dəfə aldatdılar. Zəngəzur dəhlizi layihəsi həyata keçiriləcəkdir . Yüksək səviyyəli Soçi görüşündən sonra bu, artıq dəqiqdir!”
Ermənistan mediası xəbər verir ki, bu fikirləri erməni siyasi şərhçi Razmik Akopcanyan bölüşüb.
Onun sözlərinə görə, rəsmi İrəvan Ermənistan ordusunun nailiyyətləri, “artsax” əsgərinin “rəşadəti” haqqında öz xalqına 44 günlük müharibə dövründə nağıllar danışırdı: “İndi də Zəngəzur dəhlizinin realizə olmayacağı haqqında nagıllar danışılır. Guya bu, yalnız rəsmi Bakının arzusudur və arzu olaraq qalacaq... Bir erməni kimi mən Ermənistan rəhbərliyindən soruşmaq istəyirdim: axı üçtərəfli sazişdə Zəngəzur dəhlizi haqqında yazılıb və bu kağızın altında Nikol Paşinyanın imzası durur. Bu, birincisi. İkincisi, Soçi görüşü bütün gözləntilərin üzərindən qara bir xətt çəkdi. Vladimir Putin bu layihənin əhəmiyyətini açıq şəkildə qeyd etdi. Ən başlıcası isə Zəngəzur dəhlizi artıq tikinti mərhələsindədir - dəmir yolu layihəsi yaxın zamanlarda istifadəyə veriləcəkdir.
Zəngəzur dəhlizinin layihəsinin reallaşacağını göstərən həddindən çox siqnallar var. Bütün bu ərazilər də Bakının yurisdiksiyasına keçəcək. Onda xalqına bu qədər yalanlar danışan bu adamlar nə edəcəklər? Həmişə olduğu kimi. Hakimiyyətdən bərk-bərk yapışmağa çalışacaqlar”.
Razmik Akopcanyanın fikirlərindən belə məlum olur ki, ermənilər indiyədək özləri uydurduqları dəhşətli nağıllara özləri də inanırmışlar, özü də ağılsızcasına.
XXI əsrin iyirmi birinci ili olsa da hələ də bir xalq kimi formalaşmayan ermənilər başıpozuq bir kütlə və ya toplum kimi dünyanın gəlişindən-gedişindən xəbərdar deyillər. Ermənistan böyük psixatriya xəstəxanasına oxşayır. Psixi xəstələr kimi özünə qapanmış ermənilər sərsəm iddialarının əsirinə çevriliblər. Necə deyərlər, bu anormallar gəmidə oturub gəmiçi ilə dava etməkdən utanmırlar.
Paşinyanın hazırkı acınacaqlı durumu isə böyük satirik şairimiz Mirzə Ələkbər Sabirin “Uşaq və buz” şeirini yada salır.
Sürüşdü birdən-birə,
Düşdü üz üstə yerə.
Ancaq bu Paşinyan mahir konkisürən kimi hərəkət edir, yıxılsa da yerdə qalmır, “daydayısı” Sorosun yaşıl pulları onu ayağa qaldırır. Onun yıxılıb-durmağı uşaq oyuncağı olan “Vanka stayanka”nı da xatırladır.