KÖŞƏ

Vəli İlyasov

Cırcırama yuvası, yoxsa parlament?

19 yanvar 2022 01:58
1342

Cırcırama yuvasına bənzəyən Ermənistan parlamentində ənənəvi  qaraqışqırıq, ədəbdən kənar ifadələr və təhdid səsləri eşidilib. Budəfəki qarşıdurmaya səbəb vitse-spiker Ruben Rubinyanın deputatlar tərəfindən  hücuma məruz qalması və “türk agenti” adlandırılmasıdır. Həmin adamlar hələ bir neçə ay əvvəl Nikol Paşinyana, keçmiş müdafiə naziri David Tonoyana və Ruben Rubiyana “türkün küçükləri” ayamasını yapışdıraraq rüsvay etmişdilər. Həmin araqarışdıran şəxslər Ermənistanın Türkiyə ilə düzəlməkdə olan münasibətlərini pozmaq üçün yeni insident törətməkdən belə çəkinməyiblər.
Məsələ ondadır ki, Ruben Rubinyan Ermənistanın Türkiyə ilə münasibətlərin normallaşması prosesində ölkəsinin xüsusi nümayəndəsi olaraq yanvarın 14-də Moskvada Türkiyənin xüsusi nümayəndəsi Sərdar Kılıçla görüşüb. Bu isə özünü müxalifət adlandıran, əslində hakimiyyət uğrunda ölüm-dirim savaşına çıxmış Serjik Sarkisyanın və Robert Koçaryanın parlamentə soxduqları agentlərini qıcıqlandırıb. Onlar qışqır-bağır salaraq Rubinyanı tənqid və təhqir edərək Milli Məclisdə mərəkə qoparıblar.
Parlamentdə Sərdar Kılıçla görüşlə bağlı məlumat verən Ruben Rubinyan müxalifət nümayəndələri tərəfindən “agent” adlandırılaraq kəskin ittiham edilib. Əvvəlcə kürsüdən söz atışması ilə başlayan qarşıdurma daha sonra bir-birinin üzərinə yeriməklə və şillə-şapalaqla davam edib. Əlbəyaxa davanın qarşısı yalnız son anda alınıb.

Daşnak ermənilərin parlamenti terror yuvasına çevirmələri və ondan özləri üçün istifadə etmələri artıq bu ölkədə presedentdir. Bunu təsdiq edən, necə deyərlər, daşdan keçən faktlar da var.

Dünyada terrorçu millət kimi tanınan ermənilər bir neçə dəfə fürsət taparaq öz sıralarına da əl yetiriblər. Kim daşnak ideologiyasını qəbul etmirsə və ya onun tələblərini yerinə yetirmirsə, dərhal ən sərt şəkildə cəzalandırılır. 1999-cu ildə Ermənistan parlamentinə silahlı hücumu 27 oktyabr  terroru adlandırmaq daha düzgün olardı. Nairi Hunanyanın başçılıq etdiyi 5 nəfər silahlı şəxs tərəfindən 27 oktyabr 1999-cu ildə paytaxt İrəvanda Ermənistan Milli Məclisinə qarşı törədilmiş, nəticədə ölkənin siyasi rəhbərliyindəki de-fakto qərar qəbul edən baş nazir Vazgen Sarkisyan və parlamentin spikeri Karen Dəmirçiyan daxil olmaqla 8 nəfərin öldürüldüyü terror aktı ən mötəbər faktdır.  Vazgen Sarkisyan və Karen Dəmirçiyanın islahata meyilli koalisiyası həmin ilin mayında keçirilən parlament seçkilərini səs çoxluğu ilə qazanmış və praktiki olaraq prezident Robert Koçaryanı siyasi səhnədən kənarlaşdırmışdı. Karen Dəmirçiyan o zaman Azərbaycanla olan düşmənçiliyi yerə qoymaq və qarşılıqlı güzəştlərlə münaqişəni həll etməyin tərəfdarı olduğunu bildirmişdi. Bu isə “Qarabağ klanı”na başçılıq edən Robret Koçaryanla Serjik Sarkisyanın xoşuna gəlmirdi. Ona görə də Dəmirçiyanın birdəfəlik aradan götürülməsini planlaşdırdılar.

Parlamentə silahlı hücum ölkənin siyasi mənzərəsində ciddi dəyişikliklərə səbəb oldu. Bu, əsasən, terror aktından sonra tez-tez avtoritar olaraq tənqid olunan prezident Koçaryanın daxil olduğu çoxsaylı konspirasiya nəzəriyyələrinin mövzusu olaraq qalır. Təbii ki, bu cinayətin törədilməsində Koçaryanın “barmağı” var. Sarkisyan və Dəmirçiyan ölümlərindən sonra Ermənistan Milli Qəhrəmanı adına layiq görüldülər.

Göründüyü kimi, Ermənistanda yüksək çinli şəxslərə qarşı terror ənənəvi xarakter alıb. Axı, terrorçuluq ermənilərin ata-babalarına xas olan bir yaramaz əməldir. Onlar bunu tərgidəsi deyillər, əgər tərgitsələr erməni olmazdılar…