Vəli İlyasov |
Qarabağ və Ermənistan erməniləri bir-birlərini didməklə itdən də betər olduqlarını ortaya qoydular
Elə bilirdilər ki, azərbaycanlıların qanını axıdıb aldıqları Qarabağ onlar üçün cənnət olacaq. Ancaq pis niyyətləri gözlərində qaldı. Necə deyərlər, kabab iyinə gəlsələr də, gördülər eşşək dağlanır. Ermənilər kimlərinsə köməyi və kölgəsi ilə Qarabağı işğal edəndə çırtıq çalıb oynayırdılar. Otuz il müddətində bu unikal diyarın yeraltı, yerüstü sərvətlərini taladılar, kəndləri, şəhərləri yağmalayıb öz xarabalarına daşıdılar, varlanıb piyləndilər. Elə bildilər ki, bu keyf əbədi olacaq. Ancaq bir gün "tələ" yiyəsi gəldi. "Məğlubedilməz ordu"ları, " keçilməz Ohanyan səddi" cəmi 44 gün ərzində darmadağın edildi, arxasında gizləndikləri kölgə onları qorumadı. Artıq iki ilə yaxınlaşır ki, aldığı dəmir yumruq zərbəsindən Ermənistan hələ də özünə gələ bilmir. Ölkə iqtisadi-siyasi böhran içində boğulur, bir qrup revanşist isə bu xaos vəziyyətindən istifadə edərək hökumətə meydan sulamaqdadır.
Bu gün Ermənistanda cəmiyyət arasında daha təhlükəli bir vəziyyət də yaranıb. Ermənistan erməniləri Qarabağ erməniləri ilə dil tapa bilmirlər. Əvvəldən bir-birinə dirsək göstərən bu iki şeytan toplumu arasında ziddiyyətlər daha da dərinləşir. Bir vaxt "can" deyib "can" eşidənlər indi bir-birlərini eşşək kimi döyürlər. "Çəkmə, yaxam cırıldı" vəziyyəti getdikcə dözülməz hala gəlir. Qısaca desək, Ermənistanda məskunlaşan Qarabağ erməniləri yerlilərin təzyiqləri ilə üz-üzə qalıblar. Bu, həyatda və sosial şəbəkələrdə özünü daha qabarıq göstərir. Təsəvvür edin ki, ermənilərin haray-həşiri "Azadlıq radiosu"na qədər gedib çatıb.
Bu günlərdə “Azadlıq radiosu"nun müxalifətin İrəvanda keçirilən aksiyaları ilə bağlı yaydığı xəbərdə erməni sosial şəbəkə istifadəçilərinin şərhləri bu faktı bir daha təsdiqləyib. Radionun müxbirləri bir neçə ermənidən müsahibə alıblar. Onlardan bəzilərinin şərhini təqdim edirik. ABŞ-dan Anahit Muradyan adlı istifadəçinin sözləri: “Axı, siz hamınız yaxşı bilirsiniz ki, Qarabağ nə mənə, nə də sizə lazımdır. Qarabağ gec-tez qaytarılmalı idi”.
Ukraynada yaşayan erməni Anya Vatsenko rişxəndlə: “Bizim ordumuz yox idi. Ona görə də Qarabağı itirdik. Əvəzində hökuməti öz xalqından qoruyan yaxşı hazırlanmış qalxanlı polislərimiz var”.
Zara Sərkisyan: "Serjik günahkardır. 2018-ci ildə o, Nikolun indi atdığı atdımı atmalı idi. Bilin ki, bir müddət sonra Qarabağ erməniləri İrəvanda sizin evlərinizdə yaşayacaq. Onlardan yaxa qurtarmalıyıq. Qarabağ erməniləri ölməlidir”.
Alla Jamkoyan: “Qarabağ erməniləri müharibə zamanı İrəvana qaçdılar. Bizim uşaqlar isə orada ölürdülər. Qarabağ erməniləri vicdansız və həyasızdırlar”.
Vaxtilə müvəqqəti üstünlük qazanıb Azərbaycanın varidatını çapıb-talayanda həmin bu ermənilər o zamanlar belə məsum quzu görkəmində deyil, canavar cildində idilər. O vaxt bunların hamısı özünü qəhrəman kimi tanıtmağa çalışırdı. Ancaq 44 günlük müharibədə orduları və hərbi texnikaları darmadağın ediləndən sonra "köhnə" quzu görkəminə qayıdıblar. Bir vaxt "qələbəyə" iddialı olanların heç biri indi məğlubiyyətə şərik olmaq istəmir. Hamı günahı başqasında axtarır. Hətta Alla Jamkoyan bəyan edir ki, Qarabağ erməniləri ölməlidir. Anahid Muradyan isə qorxub-çəkinmədən "Qarabağ o vaxt qaytarılmalı idi" deyir.
2020-ci ilin noyabrından əvvəl hansı erməni bu kəlmələri ucadan işlətsəydi, şübhəsiz dilini boynunun ardından çıxarardılar. Təbii ki, Böyük Qələbəmizdən sonra "həm özləri, həm də kişvərləri fani olan" ermənilər yeni reallıqla üzbəüz qalıblar. Onlar indi əvvəllər etdikləri müxənnətliklərin cəzasını çəkirlər. Buna isə özləri-özlərini məhkum ediblər. İndi onların bu halına tərəddüd etmədən demək olar ki, it itin nəinki ayağını basar, hətta basıb iki gözünü də çıxarar.