KÖŞƏ

Vəli İlyasov

Pələngin bığını dartanlar...

04 oktyabr 2022 23:58
1145

İyo-Kiyo babanın sehirli çubuğu isə görünmür

Başlarına dəyən qapazlardan hələ də ağıllanmayan bəzi titullu ermənilər "kapitulyasiya" sözünü eşidəndə qaşınmaları tutur. Söhbət Azərbaycanın beş şərti ilə sülh müqaviləsinin imzalanmasından gedəndə sanki onların başına daş düşür və "dingildəməyə" başlayırlar.  Bəziləri isə məğlubiyyəti heç cür qəbul etmək istəməyərək pişik kimi arxalarını yerə vermək istəmirlər. Ancaq o bel iki il əvvəl yerə vurulub. İndi sülh sazişinə xor baxan həmin ermənilər nə qədər gülünc olsa da, öz toplumlarını ayağa qaldırıb Azərbaycana qarşı revanş götürməyə çağırırlar. Azərbaycanın göstərdiyi səbir və dözümə baxmayaraq məğlub olan ermənilər hikkələrindən  hoppanıb-düşür, dünyaya vay-şivən salır, hədə-qorxu gəlməyə çalışırlar. Paşinyanı vecinə almayan yüksək çinli erməni generalları Azərbaycanın qələbəsini heç cür sinirə bilmir,  az qala hər gün sərhəd təxribatları törədir, iriçaplı silahlardan atəş açmaq əmri verir, gecələr bizim ərazimizə keçib mina basdırır, aranın sakitləşməsinə imkan vermirlər. Bu, bir növ dovşanın yatmış pələngin bığını dartmasına oxşayır. Dovşan bilmir ki, qəzəbləndirdiyi pələng ayağa qalxanda onu bircə zərbəsi ilə tikə-parça edər.

Zəhəri üzünə çıxmış bir erməni bu günlərdə mətbuatda sülhə çağıran ermənilərə xitabən bildirib: “Öz xalqınızın içərisinə necə qorxu sala bilərsiniz ki, yeni kapitulyasiya sazişi olmadan Ermənistanın heç bir şansı yoxdur?" Əslində bu və buna bənzəyən sərsəm fikirlər təkcə Vəkillər Palatasının keçmiş prezidenti Ara Zöhrabyana məxsus deyil, bu cür düşünən başqaları da var. O cümlədən keçmiş müdafiə naziri Seyran Ohanyan, eks-prezident Serjik Sarkisyan, Xocalı qatili, general Vitali Balasanyan, terrorçu Araik Arutyunyan, daşnaklar və revanşist tör-töküntüləri bu ağılsız çağırışın cığırdaşlarıdır. Ara isə onların arasında yalnız orta ranqlı çaqqallardan biridir. O, erməniyə xas olan barbar sifətini nümayiş etdirərək öz soydaşlarının taleyi ilə onamaqdan çəkinmədiyini açıq göstərir.

Mətbuata sarsaqlamasında Ara daha sonra bildirib: Minalanmış ərazilərin xəritələri, İrəvandan Zəngəzura gedən əsas yol, təhlükəsizlik zonalar düşmənə necə verilə bilərdi?  Bu iki ildə xalqı müharibəyə hazırlamaq əvəzinə, necə “sülh gündəmi” yarada bilərdi? Münasib fürsət yaranarsa, o, artıq daha imtiyazlı strateji imkanlara malik olmaqla yeni müqavilənin şərtlərini də pozacaq. Bir tərəfdən Azərbaycan, digər tərəfdən yerli hakimiyyət bizi psixoloji cəhətdən sındırmağa qərarlıdır.

Əziz həmvətənlər, biz birləşmiş gücümüzü və ruhumuzu qiymətləndirməliyik. Azərbaycan Ermənistandan ciddi əks-hücum almayana qədər dayanmayacaq. Bu tezisin doğruluğunu yoxlamaq üçün çox ağıl lazım deyil”.

Təbii ki, onsuz da ermənilərin cox ağlı yoxdur. Əgər olsaydı, düşünərdilər ki, Azərbaycana qarşı yeni müharibə erməniləri dövlətdən və dövlətçilikdən məhrum edə bilər. Nə qədər ki, gec deyil, onlara "bağışlanmış" ərazidə sakitcə yaşasalar daha yaxşı olar. Bunlar  yüz il əvvəl də Azərbaycan xalqına şükranlıq əvəzinə qəddar düşmən kəsildilər, havadarlarının hər cür köməklikləri ilə ərazilərimizi zorla əlimizdən almağa girişdilər və müəyyən qədər nail oldular. İndi isə onlara arxa duracaq nə çar hakimiyyəti var, nə də bolşevik diktaturası.

Dünyanın gərdişi dəyişdi, Ermənistan zəiflədi, Azərbaycan gücləndi. 2020-ci ildə meydanda tək qalmış Ermənistanın "məğlubedilməz" ordusu Azərbaycan Ordusunun sarsıdıcı zərbələri ilə darmadağın olundu və son otuz ildə zəbt etdikləri ərazilərimiz cəmi 44 gün ərzində azad edildi. İki yüz ildə Azərbaycanla bircə dəfə təkbətək qalan erməni işğalçıları ağır məğlubiyyətə uğradılar. Başları daim sığal görmüş nanəciblərin kəllələrinə dəyən gözləmədikləri "dəmir yumruğ"un şokundan ayılsalar da ağıllanmaq istəmirlər. Dovşan kimi pələngin bığını dartmaqla məşğuldurlar. Belə görünür ki, aqibətlərinin nə ilə nəticələnəcəyinin fərqində deyillər. Paşinyanın və onun komandasının sülh prosesini pozmağın da məntiqi mənası budur. Vaxt uzatmaqla hərbi güc toplayıb yenidən irimiqyaslı təxribatlar törətmək, xarici havadarlarının köməyi ilə nəyəsə nail olmağa ümid edirlər. Ancaq bütün ümidlər doğulduğu yerdə də dəfn olunur. İyo-Kiyo babanın sehirli çubuğu isə görünmür ki, görünmür. Sülh prosesini həyasızlıqla pozmağa can atan ermənilər mənasız və ağılsız müqaviməti davam etdirirlər. Hindistandan alacaqları silahların müharibədə “bir atımlıq barıt” olduğunu bilə-bilə boş xəyalların arxasından əl çəkmirlər. Nə qədər ki, Ara və onun kimilər əllərinin arxasını yerə qoymayıblar, fitnə-fəsaddan əl çəkməyiblər, ermənilərin günü ona-buna yalvarmaqla, ianə dilənməklə və sabun köpüyünə bənzəyən yalanlar yaymaqla keçəcək. Yəqin ki, ikinci zərbədən sonra hər şeyin fərqində olacaqlar. Ağılları heç yoxdursa buyursunlar, necə deyərlər, bu meydan, bu da...