KÖŞƏ

Vəli İlyasov

Terrorçulara “yaşıl işıq” yandıranlar...

03 dekabr 2022 01:37
1224

Rusiyadan guya sülhyaratma missiyası adı altında Qarabağ ərazisinə göndərilmiş məlum hərbi kontingent gəldiyi gündən vəzifəsinin tam əksinə olan işlərlə məşğuldur. Ancaq belə görünür ki, onlar sülh yox, yeni münaqişə ocağı yaratmaq üçün Ermənistana əllərindən gələn köməyi əsirgəmirlər. Biz hələlik onların sülh məramlarını görməmişik. Sanki bunlar yalnız ad və soyadları rusca olan ermənilərdir. Bölgədəki ikiillik "fəaliyyət"ləri bunu sübut edir. Onlar Qarabağdakı Ermənistan silahlı birləşmələrini oradan çıxarmaq əvəzinə terrorçulara arxa durur, gələn terrorçuları isə sorğu-sualsız Xankəndiyə qədər müşayiət edir, silah-sursat daşımalarına göz yumur, hətta kömək də edirlər. Bunun başqa adı yoxdur. Belə olmasaydı erməni diversiya qrupları ardıcıl olaraq ərazilərimizdə təxribat törətməyə cəsarət etməzdi. Belə olmasaydı Ermənistanın İkinci Qarabağ müharibəsində darmadağın edilmiş ordusunun tör-töküntüləri az qala hər gün atəşkəs rejimini pozmağa cürət etməzdilər. Bunların hamısı sülhməramlı adlandırılanların fitnələri sayəsində baş tuta bilər. Soyadı Volkov olan general gözünü ermənilərə ağartsa heç biri öz xarabasından başını çıxarmağa cəsarəti çatmaz. Biz ki, erməniləri yaxşı tanıyırıq. Onlar dul arvadlarını və qızlarını sülhməramlılara qonaq göndərir, hətta evlənmələrini təklif edirlər. Məqsəd də budur ki, erməni qızları ilə evlənən rusları həmişəlik Qarabağda saxlasınlar. Rus hərbçilərinin onlarla birgə "xoşbəxt anlar"ını yaşadan fotoları çox görmüşük. Təbii ki, ermənilərdən hər cür "sevgi" görən hərbi kontingentin üzvləri separatçılara mane olmurlar.

Özgə torpağında özünü hakimi-mütləq kimi aparan rusiyalı sülhməramlılar bu günlərdə mandatlarına zidd daha bir addım atıblar. Yayılan xəbərlərə görə, rusiyalı sülhməramlılar tərəfindən Qarabağ ərazisinə 14 xarici ölkə vətəndaşının qanunsuz keçməsi təmin olunub. Onların xarici ölkənin xüsusi xidmət orqanlarının əməkdaşları və ya digər müvafiq təyinatlı şəxslər olması haqqında məlumatlar var. Hazırda məsələ araşdırılır və müvafiq dəqiqləşdirmədən sonra Qarabağa qaçaqçılıq yolu ilə keçidi təmin olunmuş xaricilərin kimliyi haqqında əlavə məlumat veriləcək.

Dediyimiz kimi, bu, sülhməramlıların saysız-hesabsız özbaşınalıqlarından yalnız biridir. Xatırladaq ki,  əvvəllər də xarici ölkələrdən Qarabağa araqarışdırıcı niyyət və planlarla gələnlər bölgəyə asanlıqla buraxılıblar. Onların heç birindən Azərbaycan hakimiyyətindən icazə alıb-almaması belə soruşulmur və belə tələb onların qarşısında qoyulmur. Axı, Qarabağ münaqişənin davam etdirildiyi həssas zonadır, səlahiyyəti olmayan şəxslərin buraya buraxılması qəti qadağandır. Bunu özləri də yaxşı bilirlər, lakin bu ərazilər sanki həm sülhməramlıların, həm də xaricdən gələn "çağrılmamış qonaq"ların dədə-babalarının torpağıdır. Bütün bunlar azmış kimi rusiyalı hərbçilər bölgəyə gələn yüksək vəzifəli ermənilərin arxasınca düşüb  istədikləri yerlərə qədər müşayiət edir, onların təhlükəsiz cinayət törətmələrinə şərait yaradırlar. Azad edilmiş Kəlbəcər ərazisindəki Xudavəng monastrına ermənilərin səfərləri hər dəfə sülhməramlıların müşayiəti ilə təşkil edilir. Azərbaycanlılar isə Göyçədə, Dərələyəzdə, Ermənistanın bir çox yerlərindəki ziyarətgahlarına gedə bilməzlər. Çünki “sülhyaradanlar” onlara şərait yaratmaz. Lap qısaca, sülhməramlıların fəaliyyəti Azərbaycanın əleyhinə yönəlib, desək səhv olmaz. Yoxsa Moskvadan buraya xüsusi missiya ilə göndərilmiş milyarder Ruben Vardanyan Qarabağda necə at oynada bilər? Livandan, Suriyadan gəlib Qarabağda xırıldamaqda olan rejimdə necə “nazir” vəzifələrini tuta bilərlər? Bu qəbildən olan başqa faktlar da var. “Qonaq hərbçilər” millətlərarası münaqişəni soyutmaq əvəzinə alovlandırmaqla nə demək istəyirlər?

Adlarını sülhməramlı qoyub özləri sülhə əngəl törətməklə məşğul olanlar ya ərazisində olduqları ölkənin qanunlarına hörmət etməli, ya da Qarabağı tərk edib getməlidirlər. Üçüncü yol sadəcə, yoxdur.