KÖŞƏ

Vəli İlyasov

Bir ovuc erməniyə 11 "nazirlik"?

07 dekabr 2022 01:36
1011

Bu nə məzhəkədir belə?!

Adam inana bilmir ki, laübali həyatını, şən günlərini, pullu şirkətlərini Rusiyada qoyub Qarabağa gələn Ruben Vardanyan hansı ağılla bu fikrə düşüb. Üz-gözünü saqqal basmış bu yaramaz  görəsən Moskvadakı lüks həyatını qoyub özünü bu kriminal aləmə niyə atıb? Onu buna nə vadar edib? Görəsən bu mürtəd bilmirmi ki, günlərin birində burada onu ya qəza, ya da təsadüfi açılmış bir güllə gözləyə bilər, hələ digər təhlükələri demirik.

Belə görünür ki, Vardanyanı vəzifə maraqlandırmır. Vəzifə ona "krışa" kimi lazımdır. Əsl məsələ milyardların üstünə milyonlar yığmaqdır. Yoxsa Vartazarın pis günü, Haykanuşun dilənçiliyi Rubenin nə vecinədir. Bəs vəziyyəti ağır olan narahat bir bölgədə Vardanyan nədən, haradan pul qazana bilərdi?

Ancaq məlum olur ki, bu bic erməni qanın-qadanın da içərisində "qazanc" yeri tapıb. Belə ki, peşəkar quldur bandasının  təhlükəsizliklərini qoruyan sülhməramlıların ağzına tulapayı ataraq Qarabağdakı zəngin qızıl yataqlarında oğurluqla məşğuldur. Xatırladaq ki, Ağdərə və Kəlbəcər dağlarında ağ və qırmızı civə yataqları var ki, onlar dünya bazarında baha qiymətlərə satılır. Ermənilər artıq başa düşüblər ki, onların sarsaq fikirləri milyarderi qətiyyən maraqlandırmır, öz sərvətlərini burada necə artırmaq barədə düşünür.

Ona görə də Ermənistanda tanınmış “Joğovurd” nəşri yazır ki,  Rusiyadan Qarabağa gəlmiş Ruben Vardanyan artıq qol çəkdiyi bir sıra “siyasi razılaşmalar”ı pozub. Nəşrin yazdığına görə, qondarma qurumun “nümayəndələri”nin yanvarın sonuna qədər işləməsi barədə razılığa gəlinmişdi, bundan sonra Vardanyan özünün yeni “kabinet”ini formalaşdıracaqdı. Lakin belə olmayıb.

“Ruben Vardanyan əslində vədinə əməl etməyib və noyabrın sonunda “icra üzvləri”ni iş məqsədi ilə dəvət edib, sonra isə gözlənilmədən onlara cəmi bir gün vaxt verib ki, vəzifədən getsinlər. Məlum olduğu kimi, noyabrın 23-də 9 “nazir” tutduğu “vəzifə”dən azad edilib. Qarabağda isə kağız üzərində 11 “nazirlik”  var. Bundan əlavə, Ruben Vardanyan təkcə razılaşmanı deyil, həm də Qarabağda mövcud olan “ənənə”ləri də pozub. Həm Qarabağda, həm də Ermənistanda belə bir ənənə var ki, “keçmiş nazirlər”i heyətlə vida günü təşkil edərək  yola salırlar, amma hətta ofisinin qapısını bağlayan, katibliyə və ya patrula açarı verən və bu illər ərzində “gördüyü işlərə görə” təşəkkür edilmədən binanı tərk edən “nazirlər” də olub. Ruben Vardanyanın resursunun olmaması və “yeni nazirləri” təyin etməyə tələsməməsi faktı sübut edir ki, 11 “nazirlik”dən 9-na “nazir səlahiyyətlərini icra edənlər” rəhbərlik edir: yalnız “müdafiə naziri” və “daxili işlər naziri” mövcuddur”, - deyə nəşr bildirib.

Gülməli orasıdır ki, cəmi üç rayonda məskunlaşmış 25-30 min erməninin 11 "nazirliyi" var. Görəsən "nazir"dən başqa o "nazirlik"lərdə nə qədər erməni işləyir. Bəs bunların fəhləsi, sürücüsü, çobanı, iti-qurdu yoxdurmu? Yoxsa Qarabağdakı ermənilərin hamısı yüksək vəzifələrdə oturublar? Bu ağa, o ağa, bəs inəkləri kim sağa?

Söz yoxdur ki, bunların hamısı acınacaqlı bir məzhəkədir və baş rollarda isə təlxək və hiyləgər Ruben Vardanyanla "köhnə" xuliqan Araik Arutyunyan oynayır. Həyasızlıqlarına baxın ki, törətdikləri bu qədər cinayətlərdən sonra dirəşib Qarabağda qalmaqdadırlar. Əslində istər Qərbin, istərsə də erməni diasporunun köməyi ilə Qarabağda separatçıların saxlanması gələcəyə hesablanıb. Məlumdur ki, "gələcəyə saxlamaq" nəzəriyyəsi isə Rusiyadan gəlir. Onlar vaxtı uzatmaqla nə vaxtsa Azərbaycanı neytrallaşdıra biləcəklərini düşünürlər. Fransa Prezidenti Emmanuel Makronun canfəşanlıq etməsi də buna hesablanıb. Ancaq Fransa doğrudan da erməniləri sevirsə Qarabağdakı 30 min separatçını yığışdırıb Marselə aparsın və oradakı 700 min erməniyə qatıb müstəqil dövlət qurmaq hüququ versin. Ən ağrısız və asan yol.

Hə, müsyö Makron başla görək, ermənilərə əsl məhəbbətini göstər, yaxşı fürsətdir!