Vəli İlyasov |
Qarabağın ekologiyasını məhv edən Vardanyan öz gödənini doldurmaqla məşğuldur
Azərbaycanın ekofəallarının, QHT və media nümayəndələrinin Şuşa dağlarının ətəyində, Xankəndiyə aparan yolun başlanğıcında aksiyaları davam edir. Aksiya hava şəraitinin ağır olmasına baxmayaraq beş gündür ki, dayandırılmır. Etirazçılar öz tələblərini çıxışları ilə bildirmələri, hətta orada musiqi səsləndirmələri separatçı rejimin tör-töküntülərinin təşvişə düşmələrinə səbəb olub. Xankəndidə çəkilən videogörüntülər və sosial şəbəkələrdə nümayiş etdirilən süjetlər buna sübutdur. Baş nazir Paşinyanın "Qarabağ Azərbaycan ərazisidir, oradakı problemləri də Azərbaycan həll etməlidir" deməsindən sonra Xankəndidə yuva salmış terrorçular tələyə düşmüş tülkü kimi ora-bura vurnuxurlar. Məlumata görə, separatçı dəstənin "daxili işlər naziri" David Babayan İrəvandan Xankəndiyə gələrkən aksiya xəbərini alıb və ona görə də qorxusundan yoldan qayıdaraq Cermuxda qonaq evində qalıb. Şübhəsiz ki, azərbaycanlıların gözünə görünməyə cəsarət etmir. Çünki digər terrorçular kimi, onun da əli günahsız azərbaycanlıların qanına batıb. Ancaq tək-tək "kişilənib" ekran qarşısına keçənlər də var.
Belə ki, özünü Qarabağda qondarma rejimin tör-töküntülərinin "dövlət naziri" adlandıran Ruben Vardanyan Laçın yolunda azərbaycanlı ekoloqların, ictimaiyyət nümayəndələrinin aksiyası ilə bağlı Xankəndidə canlı efirə çıxıb. Bildirib ki, 72 saatdan artıqdır ki, dözülməz vəziyyətdədirlər. "Qarabağ xalqı" ilə fəxr etdiyini bildirən erməni mənşəli rusiyalı milyarder iddia edib ki, çaxnaşma yoxdur. O, hətta insanların döyüşməyə hazır olduqlarını da iddia edib. Quldurbaşı rolunu öz üzərinə götürən Vardanyan hava yolu ilə humanitar dəhliz yaradılmasını tələb edib. Ancaq onun sayıqlamalarına qulaq verən kimdir, hər kəs öz başının hayındadır. İrəvanda daha bunlara yiyə duran yoxdur. Hampa Ruben "normal rejimdə yaşayırıq və işləyirik" deyərək "qələbəyə şübhə etmədiyini" də bildirib. Bax, elə burada it kimi qorxduğunu və "xox" gəlməyə çalışdığını büruzə verib. O, Azərbaycan əsgərinin "əlinin suyunu" dadmadığı üçün belə yekə-yekə danışır. Heç kimin şübhəsi olmasın ki, dadandan sonra dilini gizlədəcək. Vardanyanın əksinə olaraq sosial şəbəkələr və Telegram kanalları erməni icmasını təmsil edən şəxslərin həyəcan və qorxu dolu fikirləri və şərhləri ilə doludur. Belə görünür ki, Ruben uzun illər Rusiyada yaşasa da erməni həyasızlığını özündə saxlayıb.
Ruben Vardanyan izah etməyə çalışıb ki, Azərbaycan tərəfi yalan məlumat və şayiələr yaymaq üçün müxtəlif vasitələrdən istifadə edir. Azərbaycanın qızıl mədənlərindən oğurluq edən Rubenin tez qudurduğu üzə çıxıb. "Dəmirli", "Canyataq", "Gülyataq" mədənlərinin qızılı gözlərini necə qamaşdırıbsa, artıq bura kim tərəfindən və nə üçün göndərildiyini də unudub. Yeri gəlmişkən, adıçəkilən şəxsin Cənubi Qafqazda Rusiyanın "maraqların"a qarşı çıxdığı barədə Rusiya mediası yazmağa başlayıb. Məlumdur ki, o, Rusiya vətəndaşlığından imtina edib və separatçılıq əhval-ruhiyyəsini qızışdırmaq üçün qanunsuz olaraq Azərbaycan ərazisinə - Qarabağa köçüb.
Vardanyan bu günlərdə bəyan edib ki, danışıqlar sülhməramlılar ilə deyil, İrəvanın Qarabağdakı separatçı layihəsinin "dövlət naziri" kimi şəxsən onunla aparılmalıdır. O, oğru qanunlarına əsasən özünü Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi zonada avtoritet- "vor v zakone" elan edib. Bu da rusların narazılığına səbəb olmaqdadır. Yenə də erməni həyasızlığı. Axı, Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə bildirib ki, biz Moskvadan xüsusi tapşırıqla göndərilmiş Ruben Vardanyanla heç bir danışıq aparmayacağıq, danışıqlar yalnız Qarabağ ermənilərinin nümayəndələri ilə ola bilər.
Bundan sonra Vardanyanın israrla təkid etməsi yekəbaşlıqdan başqa bir şey deyil. Qarabağdakı qızıl mədənlərini xarici şirkətlərlə əlbir olub taladığı üçün isə istintaq qarşısında cavab verəcəkdir. Ermənilər və onu Qarabağa xüsusi tapşırıqla göndərənlər indi anlamağa başlayıblar ki, Ruben Vardanyan buraya heç də milli təəssübkeşlikdən gəlməyib. Onun yeganə məqsədi öz milyardlarını bir qədər də artırmağa, yəni, loru dildə desək, öz gödənini doldurmağa gəlib. Ac-yalavac ermənilərin dolanışıqları bu hampanı qətiyyən düşündürmədiyi göz önündədir. Ancaq gün gələcək ki, Azərbaycan ekologiyasına vurduğu zərərin bədəlini ödəyəcəkdir. O günə az qalıb...