Tarixin bir çox mərhələsində olduğu kimi,XX əsrin əvvələrində də erməni təcavüzkarları azərbaycanlılara qarşı mənfur siyasət aparmış, ölkəmizi talan edərək, soyqırım hadisələri törətmidir. 1988-ci ildə həmvətənlərimizin Qərbi Azərbaycan torpaqlarından zorla köçürülməsi və Birinci Qarabağ müharibəsi zamanı baş verən erməni işğalı ümumilikdə Ermənistanın vandalizm aktının göstəricisidir. Tarixi mənbələr və digər faktlar göstərir ki, İrəvan şəhəri qədim diyarımız olan İrəvan xanlığının paytaxt şəhəri idi. Dərələyəz,Göyçə, Zəngəzur, İrəvan Azərbaycanın tarixi torpaqları olmuş və əzəldən bu torpaqlarda azərbaycanlılar yaşamışdır. Böyük səhv nəticəsində 1918-ci ildə İrəvanın Ermənistana verilməsindən sonra erməni vandalları əzəli torpağımızdakı tarixi-mədəni abidələrimizi, mədəniyyət nümunələrimizi məhv etmiş, etnik təmizləmə siyasəti həyata keçirmişdir. Bildiyiniz kimi, cari ilin avqust ayının 3-də “Azərbaycan Qaçqınlar Cəmiyyəti” Qərbi Azərbaycan İcmasına(QAİ) çevrilmişdir. Ölkə Prezidenti cənab İlham Əliyev bir neçə gün öncə Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılan şəraitlə tanış olub, bir qrup Qərbi Azərbaycanlı ziyalı ilə görüşmüşdür. Görüş zamanı Partiyamızın Sədri, möhtərəm Prezident bir sıra tarixi faktları ictimaiyyətin və tədbir iştirakçılarının diqqətinə çatdırmışdır:-Mən hesab etdim ki, ən düzgün yer, ən düzgün qərargah məhz bu bina olmalıdır, burada fəaliyyət göstərmək üçün bütün imkanlar var, Heydər Əliyev Mərkəzi ilə demək olar ki, üzbəüz yerləşir. Əsas səbəb o idi ki, burada vaxtilə yerləşmiş Qarabağın məcburi köçkünlər icması artıq öz torpaqlarına qayıdır. Əminəm ki, gün gələcək və Qərbi Azərbaycandan olan soydaşlarımız, onların yaxınları, uşaqları, nəvələri tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar. Mən əminəm ki, bu gün gələcək və əminəm ki, Qərbi azərbaycanlılar böyük coşqu və həvəslə öz doğma torpaqlarına qayıdıb orada yaşayacaqlar.
Qərbi Azərbaycan bizim tarixi torpağımızdır, bunu bir çox tarixi sənədlər, tarixi xəritələr, bizim tariximiz təsdiqləyir. Ancaq əfsuslar olsun ki, ermənilər Qarabağdakı kimi, Qərbi Azərbaycanda da bizim bütün tarixi, dini abidələrimizi yerlə-yeksan ediblər, dağıdıblar, azərbaycanlıların tarixi irsini silmək istəyiblər, ancaq buna nail ola bilməyiblər. Çünki tarix var, sənədlər var, xəritələr var. Bu binada nümayiş etdirilən, XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin. Artıq bu istiqamətdə işlər başlamışdır. Ancaq, əminəm ki, icma bu işləri daha məqsədyönlü şəkildə və nəticəyə hesablanmış tərzdə aparacaqdır. Xalqımız əsrlər boyu öz hüquqlarını qorumaq üçün, öz tarixi torpaqlarında yaşamaq üçün böyük fədakarlıq göstərmişdir. Həm qayıdış üçün, həm təhlükəsizlik üçün, həm Azərbaycanı güclü dövlət kimi qəbul etmək istəməyənlər üçün də bir dərs oldu və bir daha göstərdi ki, bizi heç kim və heç nə dayandıra bilməz. Mən bunu artıq bir neçə dəfə demişəm, bu gün də demək istəyirəm. Bu gün Laçın yolunda baş verən hadisələr növbəti anti-Azərbaycan isterikasına səbəb olub.
Bəli, Prezident İlham Əliyevin tarixi həqiqətlərə əsaslanan fikirləri biz azərbaycanlılar üçün, xüsusilə biz gənclər, Qərbi azərbaycanlılar üçün qürurvericidir. Ona görə də bütün Azərbaycan gəncliyi tarixi həqiqətləri düzgün öyrənməli və bu istiqamətdə üzərinə düşən vəzifəni, yəni vətəndaşlarımız arasında tarixi maarifləndirici təbliğat işlərini layiqincə yerinə yetirməlidir. Biz inanırıq və əminik ki, yaxın gələcəkdə öz tarixi torpaqlarımıza-Azərbaycanın qərbində yerləşən diyarımıza geri qayıdacağıq.
Sara Hüseynova,
YAP Yevlax rayon təşkilatının fəalı