KÖŞƏ

Vəli İlyasov

Vardanyan "stajirovka" keçir...

27 yanvar 2023 00:59
1747

Xankəndidə it itin ayağını nəinki basır, hələ vurub gözünü də çıxarır

Rusiyadakı rahat həyatını atıb Xankəndiyə köçən milyarder Ruben Vardanyanın ağzına əvvəllər çullu dovşan yerləşmirdi. Sifətinə saxta səmimiyyət niqabı çəkən yalançı vətənpərvər, pul düşkünü o vaxt Qarabağ "xalqının" güzəranını yaxşılaşdıracağını vəd edir, hər işi öz yoluna qoyacağını bildirirdi. Ancaq onun əməllərinin ifşası qırx gün də çəkmədi, firildaqları faş oldu. Məlum oldu ki, onun məqsədi çopur və tüklü sifəti kimi natəmizdir, buraya da özü gəlməyib, Moskvadan konkret tapşırıqlarla göndəriblər. Qarabağa varid olmasından yarım il keçməmiş yaramaz fəaliyyəti Rubenə xeyli düşmən qazandırıb. Bic ermənilər kor deyillər ki, Rubenin rus "xalq havalarına" oynadığını başa düşürlər.

Xankəndidə separatçıların oyuncaq “dövlət naziri” adlandırılan Ruben Vardanyana qarşı bir neçə “müxalifət fraksiyası” yaradılıb. Öz erməniləri indi onun ayaqlarının altını qazmağa başlayıblar. Məsəl var, deyərlər, "İt itin ayağını basmaz", amma ermənilər itdən də pisdirlər, bir-birlərinin ayağını basarlar, hələ vurub gözlərini də çıxararlar. Ona görə də erməni separatçıların Vardanyanı gözümçıxdıya salmaları təsadüfi deyil.  Bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb. Qeyd edilib ki, Ruben Vardanyanın əleyhdarları Ermənistandakı müəyyən səlahiyyətli şəxslər tərəfindən idarə olunur və maliyyələşdirilir. Vardanyanın Moskvadan göndərilməsi lap əvvəldən baş nazir Nikol Paşinyanı ciddi narahat edirdi. Nə qədər kütbaş və naşı olsa da başa düşürdü ki, onu Qarabağa "desant" kimi atmaqda Moskvadakıların məqsədi oradan Ermənistana hakimiyyət başına gətirməkdir. Xankəndidə Ruben sadəcə olaraq "stajirovka", yəni təcrübə keçir, guya idərəçilik öyrənir, "bərkdən-boşdan" çıxarılır.

Məlumata görə, son vaxtlar Paşinyan hakimiyyətini təhdid edən Vardanyanın qəfildən Qarabağdan İrəvana köçməsi də baş verə bilər. Buna görə də rəsmi İrəvan qabaqlayıcı tədbirlər görməkdədir. Nikolun başına ağıl qoyub 2018-ci ildən buraya qədər gətirənlər yenə də ona altdan-altdan lazımi müdafiə tədbirlərini "diktovka" edəcək, əks həmlələr etməyi  "qandıracaqlar".

“Hraparak” bildirir ki, Ruben Vardanyandan narazı olanların bir qrupu Qarabağda əvvəllər müxtəlif “vəzifələr” tutmuş keçmiş “məmurlardır”. Narazıların digər qrupu isə erməni milyarderin gəlişindən sonra işindən və qazancından məhrum olanlardır. Məlumata görə, R. Vardanyan da artıq vəzifəli adamların hamısının “işlərinin” araşdırılması barədə tapşırıq verib. Mümkündür ki, milyarderə müxalif olanlara qarşı hər an cinayət işinin açılması üçün dəlillər tapıla bilər. Dəlillər isə kifayət qədərdir, yəni, Qarabağdakı vəzifəli ermənilərin hamısı cinayətkar, oğru və qatildir, dövlət əmlakını dağıdıblar, qarət malları satıblar, əhalini qul kimi işlədərək onların əməyini istismar ediblər, xaricdən göndərilən yüz milyon dollarla ianələri mənimsəyiblər və s. Həmin pullar Qarabağın abadlaşdırılması üçün xaricdəki erməni milyonçularından toplanmış və diaspor tərəfindən Xankəndinə göndərilmişdi. Qısaca desək, çamura batmamış bircə nəfər də yoxdur.

Baş verənlər həm Qarabağ separatçıları arasında gərginliyin artdığını, həm də Vardanyanla Paşinyan arasında münaqişənin dərinləşdiyini göstərir. Əgər vəziyyət bu cür davam edərsə silahlı qarşıdurma qaçılmaz olacaq. Tezindən olsun!