Vəli İlyasov |
Görünür, "erməni xəstəliyi" sağalan deyil
Ərazimizdə silahlar yenidən "dindi." Həmişə olduğu kimi, bu dəfə də bizi cavab tədbiri görməyə vadar etdilər. Bu dəfəki insident də qansız ötüşmədi. Qan istəyən ermənilər yenə qan tökdülər. Ancaq özlərinin də qanı axdı. Sülhə doğru addımların atıldığı bir vaxtda bu nə hoqqabazlıqdır? Gen dünya bunların başına niyə dar olub, yəqin heç özləri də anlamırlar.
Ermənistandan Azərbaycanın Qarabağ iqtisadi rayonuna qaçaqmalçılıq yolu ilə silah və yaraqlıların daşınması aşkarlandıqdan sonra sərhəddə və Rusiya sülhməramlılarının müvəqqəti yerləşdikləri zonada atəşkəsin pozulması qaçılmaz idi. Bu hücumların hərbi məqsədi yoxdur, yalnız siyasi xarakter daşıyır. Hər şey aydındır: Azərbaycanla müharibədəki biabırçı məğlubiyyətdən sonra qisas tərəfdarları Qarabağ separatçılarını silahlandırmaq üçün təkcə Laçın yolunun deyil, ona alternativ olan torpaq yolun da bağlanmasından, bütövlükdə Azərbaycan hərbçilərinin bu dolama yolu aşkar edib qarşısını kəsməsindən qıcıqlanırlar. Ermənistandan Qarabağa gələn gizli yolların aşkarlanıb qapadılması terrorçuların "kürkünə birə" salır. Üçtərəfli Bəyanata əsasən, Xankəndini Ermənistanla birləşdirməyə yalnız Laçın yolunun icazəsi olduğu üçün indi torpaq yolda hərəkət tamamilə dayandırılacaq, bu da separatçıların silahlanmasının dayandırılması deməkdir. Bundan narazı qalan terrorçular atəş açıblar.
Erməni separatçılarının Qarabağda törətdikləri təxribatı şərh edən rusiyalı analitik Andrey Petrov deyib: “Siyasi məqsəd daha mürəkkəbdir. Azərbaycan Ermənistanı üçtərəfli Bəyanatı kobud şəkildə pozarkən cinayət başında yaxaladı və sübut etdi ki, Paşinyanın, eləcə də onun tabeliyində olanların sülhlə bağlı son aylarda səsləndirdikləri bütün sözlər ağ yalandır. İndi Rusiyada da, Avropada da, ABŞ-da da bilirlər ki, Paşinyan İrəvanın Cənubi Qafqazda sülhə nail olmaq istədiyini, Bakının isə maneələr yaratdığını deyəndə bütün vasitəçilər qarşısında yalan danışıb. Əslində Ermənistan hakimiyyəti Qarabağ separatçılarını silahlandırır, onları yeni müharibəyə hazırlayır. Paşinyan üstü açılan yalanla nəsə etməlidir. İrəvan “humanitar fəlakət” haqqında qışqırırdı, özü isə Xankəndiyə ərzaq əvəzinə gizli şəkildə silahlılar göndərirdi. Ermənistan hakimiyyətinin bu cür ikiqat ifşası sərhəddə və Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi zonada gərginliyin artırdı”.
Ekspert qeyd edib ki, Avropa İttifaqı “mülki missiyası”nın rəhbəri Ritter Ermənistan-Azərbaycan sərhədində hər hansı pozuntunun olmadığı barədə məlumat verib. Ancaq Ritterin belə soyuq münasibəti davakar erməniləri təmin etməyib. Bu bədbəxtlər yalnız onların axmaq hərəkətlərini təqdir edənləri qiymətləndirirlər.
“O, ya həvəskar diplomatdır, ya azərbaycanlılar onun “beynini yuyub”, ya o, korrupsiyalaşmış məmurdur, ya da onun Avropa dəyərləri və insan haqları ilə bağlı təhrif olunmuş təsəvvürləri var”.
Bu gicbəsər fikri isə Qarabağdakı qondarma rejimin sabiq “dövlət naziri”, “postunu” Vardanyana təhvil vermiş Artak Beqlaryan Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar haqqında deyib.
Uzdəniraq “hüquq müdafiəçisi” və sabiq “dövlət naziri”ni narazı salan Klaarın dünən Qarabağda baş verən hadisəyə ermənilərin istədiyi formada reaksiya verməməsidir.
Separatçılar gözləyirmişlər ki, Klaar Azərbaycanın öz suveren ərzisində keçirdiyi əməliyyatı pisləsin və rəsmi Bakını ittiham etsin. Bakıya səfərə gələn Klaar isə öz “Twitter” hesabında baş verənlərlə bağlı bunları yazıb: "Yenidən Bakıdayam. Münxen görüşlərindən sonra sülh prosesini inkişaf etdirmək üçün səbrsizliklə Azərbaycan rəhbərliyi ilə əsaslı görüşləri gözləyirəm. Ölümlə nəticələnən bugünkü insident stabil və ədalətli sülhə nail olmaq üçün danışıqların təxirə salınmadan irəliləməsinin vacibliyini bir daha təsdiqləyir”.
Göründüyü kimi, Klaarın dediklərində nə Azərbaycanın xeyrinə, nə də ermənilərin əleyhinə hər hansı bir məqam yoxdur. Lakin Ermənistanın və separatçıların şər, böhtan maşını hətta bu cür neytral açıqlamaları da qəbul etmir. Moskvadan Qarabağa “ağıllı” təyin edilmiş “şmotka” satan Ruben Vardanyanın da eynilə belə deməsi təlimatın haradan göndərildiyini sezməyə imkan verir. Acınacaqlıdır üç milyonluq başdanxarabları nə qədər kənardan idarə edəcəklər? Bir gün yapışdıqları divarlar qurtaranda başlarını hara qoyacaqlar? Onun-bunun qucağına sığınmaqla özlərini nə vaxtadək qoruyacaqlar?
Kütbeyinlər, oğrular və ona-buna nökərçilik edən rəzillər haqqında Aleksandr Puşkin lap yerində deyib...