KÖŞƏ

Vəli İlyasov

Xankəndidə "şon dığa" söhbəti...

03 iyun 2023 00:57
4153

Hayastan ordusu məğlub ediləndən, barbar ermənilərin ağız-burunları əziləndən sonra Xankəndidə nisbi sakitlik yaranmışdı. Gözləmədikləri məğlubiyyətdən sarsılan erməni cəmiyyətində sanki qurbağanın gölünə daş atılmış kimi səssizlik vardı. Lakin indi əlisilahlı quldurlar yenidən qızışıblar. Axı, ermənidirlər, sakit durmaq onların lüğətində yoxdur, hökmən qaşıyıb qan çıxarmalıdırlar. Ancaq bu dəfə ünvanı dəyişiblər, indi bir-birlərinə qarşıdırlar. Özləri üçün bu dar macalda da hakimiyyət davası salıblar. Qondarma rejimin qondarma “müdafiə naziri" və “təhlükəsizlik şurası”nın katibi olmuş "general" Samvel Babayan bir müddət rəhbərlikdən uzaqlaşdırılsa da hakimiyyət iştahası yenidən açılıb və hələlik "dövlət naziri" olmaq istəyir. Ancaq sızan məlumata görə, Babayan gözünü Araik Arutyunyanın yerinə dikib. Çalışır ki, əvvəlcə “dövlət naziri” vəzifəsini ələ keçirsin, çünki oradan “prezidentliyə” bir addım qalır. Ona görə də "xiyar əyri bitib." Təbii ki, Ermənistandan və dünyanın bir çox ölkələrinə səpələnmiş varlı ermənilərdən “dolya” alan Araik belə yağlı-piyli tikəni Samvelə elə-belə verməz. Bu səbəbdən onu və komandasında olanları hər yerdən "şon dığa" (ermənicə it oğlu) deyib qovurlar. Babayanın tərəfdarları isə dinc durmur, Araikin adamlarına "ilişirlər". Bir neçə gün əvvəl çəkişənlərin arasında yenə insident baş verib.

Ermənistanda çıxan “Hraparak” nəşrinin yaydığı məlumata görə, hadisə mayın 28-də axşam saatlarında Xankəndidə baş verib.  Samvel Babayanın komanda yoldaşlarından biri keçmiş “ərazi və idarəetmə naziri”, "general"ın tərəfdarı Hayk Xanumyandan hesab tələb etmək qərarına gəlib.  Nəşrin Xankəndidəki mənbəyinin sözlərinə görə,  həmin erməni “komanda yoldaşlarından birinə müraciətlə “bu köpək də bizim komandadandır?” deyərək Hayk Xanumyan təhqir edib”.  Hayk Xanumyan isə “ləyaqət”inin tapdanmasına görə ondan israrla üzr istəməsini tələb edib. Əsl mərəkə bundan sonra başlayıb. Hər iki şəxs öz tərəfdarları ilə birlikdə Xankəndinin mərkəzində, sakinlərin gözü qarşısında, polis binasının yanında odlu silah atəşləri ilə müşayiət olunan münaqişə yaradıb. Əlbəyaxa dava edən tərəflər bir-birinin qol-qabırğasını əməlli-başlı əzişdirəndən sonra polis əməkdaşları hadisə yerinə gələrək onları aralayıblar.

Qondarma rejimin qanunsuz “prokurorluğu”nda silahlı insidentlə bağlı cinayət işi açılıb. Bildirilir ki, tərəflər ucadan söyüşlər söyərək bir-birlərinə qarşı zor tətbiq ediblər  və E. A. adına qeydiyyatda olan “CZP-10M” markalı tapançadan atəşlər açılıb. Silah işlətdiklərinə və ictimai asayişi pozduqlarına görə hər iki tərəfdən həbs olunanlar var. 

Ümumiyyətlə, qeyd etmək lazımdır ki, Samvel Babayanın komanda yoldaşları arasında əvvəlki mübahisə qondarma deputat Seyran Ayrapetyanın bıçaqlanması ilə başa çatmışdı. Ümumiyyətlə, Babayanın ətrafına toplaşanlar arasında, xüsusən də mitinqlərdən sonra tez-tez mübahisələr, davalar olur. Bütün "razborka"larda  Babayanın adamları aqressivlikləri ilə fərqlənirlər. Əlbəttə, bütün bunlar qana susamış ermənilərin yırtıcı xarakterlərindən irəli gəlir. Dünyanın harasında erməni varsa, deməli, orada qan tökülməli, müsibətlər baş verməlidir.

Gülməli burasıdır ki, Xankəndidəki dığalar özlərinin bu gün-sabahlıq olduqlarını bilə-bilə iddialarından əl çəkmək istəmirlər. Axı, onlara xəbərdarlıq edilib ki, “kitabları bağlanıb”, normal adam kimi hərəkət etsələr, yerli qanunlara tabe olsalar, bunca axmaqlıqlara baxmayaraq yerin əsl sahibi olan Azərbaycan dövləti tərəfindən bağışlanmaq şansları var. Həm də bu, son şansdır.

Otuz il ərzində çapıb-taladıqları, ərazisində cürbəcür cinayət törətdikləri Azərbaycandan əfv diləmək əvəzinə öz aralarında “vəzifə” davası aparmaq ağılsızlığın ən aşağı dərəcəsidir. Ancaq deyəsən ermənidən normal ağıl ummaq havayı işdir. Nədən ki, “erməni xəstəliyi” bunların canından çıxan deyil. Bu xəstəliyi onların canından çıxarmaq üçün belə görünür ki, yenə də dəmir yumruq lazımdır.