KÖŞƏ

Zahid Rza

Ə.Kərimlinin xəyanətkar əməllərinin əsl həqiqətləri üzə çıxır

28 aprel 2016 23:12
1169

AXCP sədri Əli Kərimlinin xəyanətkar əməllərinin üstündən qara pərdələr götürülür, onun çirkin əməlləri, iyirmi ildən artıq bir müddətdə milli maraqlarımıza qarşı  etdiyi xəyanətlər üzə çıxır. Vaxtilə onunla eyni “cəbhədə” olan şəxslərin açıqlamaları, aparılan araşdırmalar Ə.Kərimlinin xəyanətkar əməllərinin üstündəki o pərdələri  sökərək əsl həqiqətləri üzə çıxarıb.

Bu yaxınlarda vaxtilə Ə.Kərimlinin ətrafında olan şəxslərdən bir qisminə yaxınlığı ilə tanınan “Cümhuriyyət” analitik qrupunun AXCP sədri barədə hazırladığı “Milli davanın qəbirqazanı: “Yurd” çetesi” adlı material bir daha sübut etdi ki, ötən əsrin 80-ci illərinin axırlarında ali məktəblərdən birində “komsorq” olan bu saxta “demokrat” elə oradaca yaradılan “Yurd” təşkilatının rəhbərliyinə gətirilib. Bir daha da aydın olur ki, kənar qüvvələrin müdaxiləsi ilə bu qurumun bürokratiyasını ələ keçirmiş Ə.Kərimli və onun “Yurd”çu çetesi Azərbaycan milli hərəkatını tamamilə fərqli məcraya yönəltməyi hədəfə almışdı. Ona dəstək verənlərin sifarişi də bundan ibarət idi. Ə.Kərimlinin “çetesi” vasitəsilə nəzərdə tutduqları prosesi gerçəkləşdirmək istiqamətində ciddi fəaliyyətə başladılar. Bu projeyə dirəniş göstərmək gücündə olan və milli hərəkatın əsas nüvə mərkəzi sayılan AXC-nin tədricən siyasi partiyaya çevrilməsi prosesi elə bu zaman gündəmə gətirildi. Beləliklə, “Yurd” çetesinin AXCP-nin rəhbərliyində möhkəm dayaqlara malik olması xarici çevrələrin maraq dairəsinə çevrildi. “Yurd” çetesi AXCP-nin yaradılması yönündə ilk addım kimi 1988-ci ildən taleyini milli mücadiləyə həsr etmiş insanların təşkilatdan uzaqlaşdırılması prosesinə başladı. Beləliklə, “Yurd” və klassik milli mübarizə tərəfdarlarına məxsus səngərlərdən qarşılıqlı şəkildə çamur yağmurları bütün ölkəni bürüdü. Bütün bunlardan tək yararlanan kəsim “xarici donor” adı altında fəaliyyət göstərən fondlar idi. “Yurd” çetesinin nümayəndələri xarici donorlardan alınan iri həcmli qrantlar hesabına məmləkəti qarış-qarış gəzərək, AXC-nin strukturlarını öz məqsədlərinə yönəltmək üçün minbir vədlər verir, qarşıya qoyulan vəzifəni icra edirdi. Bu dönəmdə Qərbin “donor” institutlarının maliyyə dəstəyi ilə Azərbaycan milli hərəkatının şəriksiz lideri Əbülfəz Elçibəyə qarşı “Yurd”çu çetenin çoxsaylı mətbu orqanlarında çamurlar atılmağa başlanıldı.

Parçalanmış milli hərəkatın xarabalıqları Azərbaycan milli davasının fəal tərəfdarı olanlar 2000-ci ildən etibarən Klassik Xalq Cəbhəsi və Müsavat partiyalarına transfer olmağa başladılar. Bu ayrılmalar dolayı da olsa, “Yurd”çu çetenin nəzarətindəki çoxsaylı KİV-lərdə “bəh-bəh”lə qarşılanırdı. Daha sonra isə “Bütöv Azərbaycan Xalq Cəbhəsi”, “Aydınlar”, “Böyük Quruluş”, “Milli Dirçəliş” və digər adlar altında yeni qopmaların sayəsində fərqli partiyalar yarandı. Son həmlə isə 2015-ci ildə oldu. Bu dəfə Əli Kərimli və “Yurd” əvvəlki oyunlarını tam həyata keçirə bilmədi. 2015-ci ildə Əli Kərimli yenidən AXCP-də olub-qalan milli qüvvələri, növbəti dəfə təşkilatdan uzaqlaşdırmağa çalışdı. Razi Nurullayevi və digər həmfikirlərini, Əli Kərimlinin oyunbazlığını qəbul etməyən gəncləri sıradan çıxarmağa və AXCP-ni özünün “monoloq təşkilatı”na çevirməyə cəhd etdi. Bu dəfə necə deyərlər, “daş qayaya rast gəldi”. Missioner təşkilatların əvvəlki siyasi ehtirası olmadığından Əli Kərimlinin əsas gücü cəmiyyətə aydın oldu.

AXCP sədri Ə.Kərimlinin xəyanətlərini sadalamaqla bitməz. Bu şəxs öz əməlləri ilə  artıq adını Azərbaycanın siyasi tarixinə xəyanətkar kimi yazdırıb.