30 yanvar 2024 15:17
204

Qəzzada ölənlərin sayı 26 751-ə çatıb

İsrailin zərbələri nəticəsində ötən ilin oktyabrın 7-dən bəri Qəzza zolağında ölənlərin ümumi sayı 26 751-ə çatıb.

“İki sahil” xəbər verir ki, bu barədə Qəzzadakı səhiyyə qurumu məlumat yayıb.

Bildirilib ki, yaralıların sayı 65 636-ya yüksəlib.

Xatırladaq ki, ötən ilin oktyabrın 7-də HAMAS-ın İsrailin cənubuna gözlənilməz hücumu nəticəsində 1200-dən çox israilli qətlə yetirilib, 240-dan çox israilli girov götürülüb. Bundan sonra İsrail hərbi qüvvələri HAMAS-a qarşı Qəzzada hərbi əməliyyata başlayıb.