05 sentyabr 2025 17:29
154

Ukrayna Rusiyanın təhlükəsizlik zəmanətləri ilə bağlı tələblərini absurd adlandırıb

Rusiyanın təhlükəsizlik zəmanətləri ilə bağlı tələbləri absurddur.

“İki sahil” "İnterfaks-Ukrayna"ya istinadən xəbər verir ki, bunu Ukrayna Xarici İşlər Nazirliyinin spikeri Georgi Tixi Kiyevdə keçirilən brifinqdə bildirib.

"Mənim sualım var: Rusiya təhlükəsizlik zəmanətləri nəyə görə istəyir? Özündən qorunmaq üçün? Bu absurddur", - G.Tixi vurğulayıb.

Daha əvvəl Rusiya Prezidenti Vladimir Putin ölkənin təhlükəsizlik zəmanətlərinə ehtiyacı olduğunu bəyan etmişdi.