KÖŞƏ

Vəli İlyasov

Bu, təxribatdır, yoxsa casusluq?

08 fevral 2024 01:14
1172

Xəbər verildiyi kimi, Çexiya vətəndaşı Ermənistan tərəfdə minalanmış zonadan şərti sərhədi keçərək Azərbaycan ərazisinə daxil olarkən saxlanılıb. Artıq müvafiq məlumat Çexiyanın Bakıdakı konsulluğuna göndərilib. Faktla bağlı araşdırma aparılır və onun şəxsiyyəti müəyyənləşdirilir.

Xatırladaq ki, son vaxtlar bir sıra Avropa ölkələrinin, xüsusən də Fransanın nümayəndələri Ermənistan-Azərbaycan sərhədində  tez-tez olur, binoklla nəyi isə müşahidə edirlər. Bundan bir gün əvvəl isə Fransa Milli Jandarmeriyasının briqada generalı Uilyam De Meyer Avropa İttifaqının Ermənistandakı mülki missiyasının yerləşdiyi yerə baş çəkib, orada sərhəddəki vəziyyətlə tanış olub. Bu iki hadisə təsadüfdür, yoxsa əlaqəli birgə iş? Bəlkə də bu, Azərbaycan Ordusunun sayıqlığını yoxlamaq üçün bir testdir? Hər nədirsə yüksək çinli xarici hərbçinin sərhədimizdə görünməsi hər halda yaxşı niyyətdən xəbər vermir.

Avropa İttifaqının sərhədimizdə yerləşdirilən yarımhərbi müşahidə missiyasını Azərbaycanla  bağlı nə maraqlandıra bilər? Başqa suallar da var.

Xatırladaq ki, bu hadisədən bir qədər əvvəl, 2023-cü ilin dekabrında Azərbaycanda Fransanın xeyrinə casusluq edən iş adamı Martin Ryan ad-soyadlı şəxs saxlanılıb və haqqında cinayət işi başlanıb. Ardınca  Çexiya vətəndaşının sərgüzəşti  hansısa məxfi əməliyyatdan xəbər vermirmi? Bu qədər təsadüf ola bilərmi? Çexiya vətəndaşının Ermənistan dağlarında, üstəlik də gərginlik ocağında nə iti azıb axı?

Təhlükəsizlik məsələləri üzrə ekspertlərin rəylərinə görə, Çexiya vətəndaşının Ermənistandan Azərbaycan ərazisinə keçməsi casusluqdan daha çox təxribat xarakterlidir. Onun casusluq etməsi inandırıcı deyil. Kəşfiyyat və əks-kəşfiyyat xidmətləri digər ölkə vətəndaşını bu cür hazırlıqsız şəkildə Azərbaycan ərazisinə göndərməz. Göndərmək istəsəydilər, onu rəsmi yolla, məsələn, turist kimi göndərərdilər. Çexiya vətəndaşına Ermənistan ərazisindən Azərbaycana keçməyə şərait yaratmaqla öyrənmək istəyirlər ki, keçid mümkün olarmı?  Əslində həmin Çexiya vətəndaşının sərhədi özbaşına keçməsinin qarşısını Ermənistan hərbçiləri almalı idilər. Almayıblarsa, deməli, Azərbaycanı təxribata çəkmək niyyətləri var. Ən azı haray-həşir salacaqlar ki, baxın, Azərbaycan sərhəddə Çexiya vətəndaşını saxladı. Sualın sualla cavabı var: Məgər Azərbaycanın sərhəd pozucusunu saxlamaq ixtiyarı çatmırmı?

Təbii ki, ermənilər Çexiya vətəndaşının sırf təxribat məqsədilə  Azərbaycan ərazisinə keçməsinə şərait yaradıblar. O ki qaldı Fransanın briqada generalı Uilyam De Meyerin Avropa İttifaqının Ermənistandakı mülki missiyasının yerləşdiyi yerə baş çəkməsi, orada sərhəddəki vəziyyətlə tanış olması da təxribatdır. Ola bilsin ki, bu, daha çox Rusiyaya bir mesajdır. Fransa Milli Jandarmeriyasının briqada generalının Ermənistan-Azərbaycan sərhədinə gəlməsi Rusiyaya üstüörtülü şəkildə meydan oxumaq, İrana isə mesajdır. 

Çexiya vətəndaşının qanunsuz sərhədkeçmə əməliyyatı isə bizim üçün avantüradan başqa heç nə deyil. Ancaq belə şeylərlə bizi təşvişə salmaq və ya qorxutmaq mümkün deyil. Keçən otuz beş ildə bizi hətta şiddətli döyüşlərə çəkən təxribatların cavabını lazımınca vermişik. Ordumuz sərhədlərimizin keşiyində ayıq-sayıq dayanıb. Haylar bunu öz təcrübələrində yaxşı bilirlər. O ki, qaldı kimlərəsə mesaj vermələrinə, bunu bizim sərhədimizdə etməsinlər. Çünki qarşısı dərhal alınacaqdır. Qoy rədd olub getsinlər, nə qələtlər edəcəklərsə, harada, kimə hədə-qorxu gələcəklərsə və ya mesaj verəcəklərsə orada da etsinlər. Özünə hörmət edən dövlət öz vətəndaşına sahib çıxar. Ancaq Fransa və Çexiya heç bir əsasları olmadan Ermənistana azdırdıqları vətəndaşlarının araqarışdıran hərəkətlərinə ciddi nəzarət etməlidirlər. Bura onlar üçün Afrika cəngəllikləri deyil. Qoy Ermənistanda hansı oyunlardan çıxmaq istəyirlərsə çıxsınlar. Onsuz da ermənilər qarşılarına kim çıxırsa onun qucağında oturmağa öyrəşiblər. Məqsədlərinə çatmaq üçün hamının çəkməsini öpməyə, qız-gəlinlərini onlara hədiyyə etməyə hazırdırlar. İndi sərhədlərini də onlara etibar ediblər. Həmişə namus-qeyrətini, şərəfini əcnəbilərə çox ucuz şatmış qədim peşənin sahiblərindən bundan artıq nə gözləmək olar?