KÖŞƏ

Vəli İlyasov

Ay qaşı-gözü qara hay...

22 iyun 2024 01:58
3844

Ancaq o, gözünün içinə girən həqiqəti görə bilmir

Son otuz beş ildə Azərbaycanla iki dəfə müharibə etmiş Ermənistan elitasında elə şəxslər var ki, onlar bunun günahını özlərində deyil, hələ də qonşularda axtarırlar. Belələrinin hansı norma və kateqoriyalarla düşündükləri heç kimə məlum deyil. Çünki haylar XXI əsrdə yaşasalar da ancaq ibtidai icma quruluşundakı düşüncələrində qalıblar. Yəni, mağara təfəkküründən bircə addım da irəliləyə bilməyiblər. Qanmazı, savadsızı öz yerində, hələ görün ali təhsilli hay nə danışır: "Ermənistan hakimiyyətinin rəhbərləri Lukaşenkoya qarşı göstərdikləri sərtliyi Türkiyə və Azərbaycan liderlərinə göstərə bilmir, nəticə çox şübhəlidir”.

Həmin fikrin müəllifi başabəla türkoloq Ruben Melkonyan adlı hay hələ də anlaya bilmir ki, üç dövlətin başçısına münasibət eyni olmaya bilər. Burada təəccüblü və ya şübhəli nə var ki? Özü də yaxşı bilir ki, Belarus Prezidenti Aleksandr Lukaşenko həmişə Azərbaycanın haqlı işini müdafiə edənlərdən biri olub və indi də iki ölkənin dost münasibətlərini yüksələn xətlə davam etdirir. O ki, qaldı Türkiyə və Azərbaycana, bütün haylar bu iki türk dövlətinə daim minnətdar olmalıdırlar. Çünki Türkiyə öz ərazisində yaşamağa, Azərbaycan isə öz torpağında haylara dövlət qurmağa icazə verib. Ancaq Ruben ağıllı haylardan deyil, beyni daşnak illüziyaları ilə yuyulduğundan gözlərinin içinə girən ən sadə həqiqəti belə görə bilmir. Ona görə də baş nazir Nikol Paşinyanın türk liderləri ilə söhbətinə qəribə bir məsələ kimi baxır, hay-haray salır, panik vəziyyət yaratmağa cəhd edir. O, Ermənistanın baş naziri Nikol Paşinyanın Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon söhbətini az qala Hayastanın faciəsi kimi təqdim edir:  “Ermənistan diplomatiyasının Ermənistan-Türkiyə münasibətlərinin normallaşması istiqamətində dalana dirəndiyi barədə ikinci fikir ola bilməz. Çünki Ermənistan-Türkiyə münasibətlərində, o cümlədən danışıqlarda iştirak edənlər səviyyəsində heç bir irəliləyiş yoxdur. Mən bu addımı uğursuz erməni diplomatiyasının çıxılmaz addımlarından biri kimi izah edərdim. Nəticələrə baxsanız, hətta üçüncü ölkə vətəndaşları üçün nə sərhədin açılması, nə də yükdaşıma sahəsində nailiyyətlər var. Hətta hakimiyyət və onlara xidmət edən diplomatlar ən azı özləri bu məsələdə heç bir irəliləyiş olmadığını etiraf edirlər”.

Məlumdur ki, Türkiyə Cümhuriyyəti Prezidenti Aparatının və Ermənistan Baş Nazirliyinin Mətbuat xidmətləri məlumat yayaraq Prezident Rəcəb Tayib Ərdoğanla baş nazir Nikol Paşinyan arasında telefon danışığının olmasını açıqladılar. Söhbət zamanı hər iki ölkənin lideri Türkiyə və Ermənistan arasındakı münasibətləri ön şərtlər irəli sürmədən normallaşdırılması üçün siyasi iradə nümayiş etdirməyin vacibliyini vurğulayıblar. Məlumatda deyilir: “İki ölkənin xüsusi nümayəndələri arasında danışıqların davam etdirilməsinin vacibliyinə diqqət çəkən Ərdoğan və Paşinyan indiyədək razılaşdırılan məsələləri təsdiqləyiblər. Liderlər həmçinin Türkiyə və Ermənistanın yüksək rütbəli rəsmiləri arasında davam edən dialoqu məmnuniyyətlə qarşılayıb, həmçinin regiondakı son hadisələri və beynəlxalq gündəmi müzakirə ediblər”.

Lakin qanıxarab Ruben və onun kimi hayların başı normal söhbətləri qəbul etmir. Türkə nifrət onların gözlərini elə kor edib ki, açılmasının əlacı yoxdur. Onlar türkə salam verəni, xoş münasibət qurmaq istəyəni hayların düşməni, satqın adlandırırlar. Əcaib məxluqlardır. Qan tökmək, oğurluq, namərdlik, əsassız iddialar bu etnosu çoxdan sıradan çıxarıb. Özü də elə çıxarıb ki, hətta öz xeyirlərini  də görmürlər.

Maraqlıdır ki, rusiyalı politoloq Fyodor Lukyanov da Ermənistan üçün yeganə Avropayönlü seçimin Türkiyə olduğunu etiraf edib. Onun fikrincə, Avropa İttifaqına qonşu olmayan heç bir ölkə bu quruma inteqrasiya oluna bilməz. Məhz Ermənistan üçün Qərb ölkələrinə ən münasib yol isə Türkiyədəndir. O deyib: “Əgər bir neçə il əvvəl olsaydı, mən Türkiyə ilə əlaqələrin istənilən perspektivini istisna edərdim. Amma indi vəziyyət dəyişib, tamamilə ağlasığmaz olan şey reallığa çevrilib. Mən istisna etmirəm ki, Avrointeqrasiya Türkiyə ilə münasibətlərin bərpası anlamına gələcək”.

Qəribə burasıdır ki, haylar  bu "ağlasığmaz şey"in nə olduğunu anlaya bilmirlər. Belə misallar saysızdır. Demək olar ki, kütbeyin və inadkar haylardan başqa hamı bu fikirdədir. Di gəl ki, siyasi korluq və türkə ədavət onlara məktəbli uşağın da görə bildiyi bu sadə həqiqəti görməyə və qəbul etməyə imkan vermir. Saysız-hsabsız faktlar və hadisələr göstərir ki, haylar mövcud olduqları vaxtdan indiyədək yalnız qanla hesablaşıblar. Ona görə də hətta indiki məğlub durumda da sülhə gəlib ağılla hərəkət etmək əvəzinə ilgəyi boyunlarından çıxarmaq istəmirlər.