21 iyun 2024 23:07
183

Evinə basqın edilən əfsanəvi futbolçu xəstəxanalıq oldu

İtaliyalı əfsanə Roberto Baccionun evinə basqın olub.

“İki sahil” xəbər verir ki, hadisə veteran futbolçunun ailəsi ilə birlikdə AVRO-2024-ün İtaliya - İspaniya (0:1) matçını izlədiyi zaman baş verib.

Oğrulardan biri müqavimət göstərən Baccioya silahın lüləsi ilə zərbə endirib və ciddi xəsarət yetirib. Daha sonra 1993-cü ildə "Qızıl top"u qazanmış keçmiş futbolçunu və ailəsini dolaba bağlayan naməlum şəxslər evi qarət ediblər.

Bildirilib ki, qızıl-zinət əşyaları, saatlar və pul götürüblər.

Bir neçə saat sonra Baccio dolabdan açılıb və dərhal polisə müraciət edib. Xəstəxanaya aparılan 57 yaşlı veteran futbolçunun başına bir neçə tikiş qoyulub.