27 iyun 2024 21:42
168

Cüdoçumuz Avropa çempionu olub

Azərbaycanın yeniyetmə cüdoçusu Bolqarıstan paytaxtı Sofiya şəhərində keçirilən Avropa çempionatında uğurlu çıxış edib.

“İki sahil” xəbər verir ki, 50 kiloqram çəki dərəcəsində mübarizə aparan Bahadır Feyzullayev fəxri kürsünün ən yüksək pilləsinə qalxaraq qızıl medala sahib çıxıb.

Qeyd edək ki, Avropa çempionatına iyunun 30-da yekun vurulacaq.