22 iyun 2024 00:06
336

Azərbaycanın iki üzgüçüsü “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya qazanıb

Azərbaycan iki üzgüçüsü “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.

“İki sahil” xəbər verir ki,  Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Məryəm Şeyxəlizadəxangah və Ramil Vəlizadə Serbiyanın paytaxtı Belqrad şəhərində keçirilən üzgüçülük üzrə Avropa çempionatının nəticələrinə əsasən, rəsmi dəvət əsasında Olimpiya Oyunlarına vəsiqə qazanıblar.