27 iyun 2024 16:32
151

İranda 31 yaşlı kişi İsrailə casusluqda günahlandırılaraq edama məhkum olunub

İran İslam İnqilab Məhkəməsinin Urmiyadakı şöbəsi İdris Əli adlı 31 yaşlı kişini “İsarilə casusluq etməkdə” təqsirli bilərək barəsində ölüm hökmü çıxarıb.

“İki sahil” xəbər verir ki, bu barədə "Amerikanın səsi" radiosunun fars redaksiyası məlumat yayıb.

Bildirilib ki, İdris Əli Qərbi Azərbaycan əyalətinin Sərdəşt rayon sakini, iki uşaq atasıdır. Məlumata görə, o, İran İnqilab Keşikçiləri Korpusunun (Sepah) təzyiqi əsasında günahını etiraf edib. İdris Əli üç ay əvvəl həbs olunub. Onunla birlikdə daha 8 nəfər tutulub. Onlardan beşi girov qarşılığında sərbəst buraxılıb, üçü isə hələ də həbsdədir.