27 iyun 2024 16:49
195

Finlandiya Ukraynadakı üç layihəyə maliyyə vəsaiti ayıracaq

Finlandiya Ukraynadakı üç layihə üçün 9 milyon avrodan çox vəsait ayıracaq.

“İki sahil” TASS-a istinadən xəbər verir ki, bu barədə Finlandiyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, maliyyə vəsaiti peşə təhsili və təliminə, havanın keyfiyyətinin monitorinqinə və infrastrukturun bərpasına dəstək verəcək.

2024-2026-cı illər üçün peşə təhsili və təliminin dəstəklənməsi üçün 2,2 milyon avro ayrılıb.

Havanın keyfiyyətinin monitorinqinin yaxşılaşdırılması üçün 2024-2028-ci illər üçün 2 milyon avro ayrılıb.

2024-2025-ci illərdə Finlandiya Avropa İnvestisiya Bankının Ukrayna üzrə Aİ Fonduna (EU4U) 5 milyon avro maliyyə vəsaiti ayırmaqla Ukraynanın bərpasına dəstək verəcək.