29 iyun 2024 11:55
164

Daha bir boksçumuz finalda

Azərbaycanın təmsilçisi Nihat Qasımov Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən yeniyetmə boksçular arasında Avropa birinciliyində finala yüksəlib.

“İki sahil” xəbər verir ki, N.Qasımov 48 kq-da Filip Stanoyeviçi (Serbiya) məğlub edib.

O, 5:0 (30:27, 30:27, 30:26, 29:27, 30:26) hesabı ilə qalib gəlib və həlledici döyüşə yüksəlib.

Bundan başqa, Aylin Nəzərova (48 kq) yarımfinalda italiyalı Giorgia La Rosa, Əminə Tağı (52 kq) Maria Semeniçiuçlə (Rumıniya) qarşılaşıb. Finala rəqib vəsiqə qazandığından boksçularımız bürünc medala sahib olublar.

Qeyd edək ki, daha öncə Səftər Məmmədzadə də finalda iştirak hüququ qazanıb. Həlledici döyüşlər iyunun 30-da olacaq.