01 iyul 2024 22:29
168

Masallı güləşçisi Əmrah Əmrahovun yeni uğuru

Serbiyanın Novi Sad şəhərində təşkil olunan güləş üzrə U-17 Avropa çempionatında Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin nəzdində Masallı Uşaq Gənclər İdman Məktəbinin yunan-Roma bölməsinin yetirməsi Əmrah Əmrahov  yunan-Roma güləşində ikinci yeri qazanıb.

 Belə ki, 48 kiloqram çəki dərəcəsində xalça üzərinə çıxan idmançımız   yunanıstanlı Pavlos Tsentidisə və ermənistanlı Andranik Xaçatryana eyni hesabla (9:0) qalib gələrək yarımfinala yüksəlib. Yarımfinalda isə  isveçli Santoş Sarmalinqamını  6 dəfə məğlub edib.   Əmrah  finalda rusiyalı Nikolay Kristova sonuncu xal prinsipinə əsasən (1:1) uduzaraq  U-17 Avropa çempionatında gümüş medala sahib çıxıb.

Onu da bildirək ki, qalib idmançımız  Əmrah Əmrahov Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin nəzdində Masallı Uşaq Gənclər İdman Məktəbinin yunan-Roma bölməsinin məşqçi-müəllimi Qismət Əkbərovun yetirməsidir.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin  üzvü