01 iyul 2024 23:27
169

Məğlubiyyətin günahkarı o deyil - Domeniko Tedesko

Fransa yığmasının müdafiəsini çətin vəziyyətə saldıq.

“İki sahil” xəbər verir ki, bunu Belçika millisinin baş məşqçisi Domeniko Tedesko Fransaya qarşı AVRO-2024-ün 1/8 final mərhələsinin oyunundan sonra mətbuat konfransında deyib.

Final fitinə 5 dəqiqə qalmış buraxılan avtoqolun ardından matç barədə nəsə demək çətindir. Qarşıdakı günlərdə AVRO-2024-də keçirdiyimiz bütün görüşləri analiz edəcəyik. Qapıçımız Kun Kastels bu gün möhtəşəm idi. Məğlubiyyətin günahkarı o deyil. Fransa yığmasının müdafiəsini çətin vəziyyətə saldıq. Təəssüf ki, sonda məğlub olduq".

Qeyd edək ki, Almaniyada keçirilən Avropa çempionatının 1/8 finalında Fransaya 0:1 hesabı ilə məğlub olan Belçika turnirlə vidalaşıb.