01 iyul 2024 21:54
371

AVRO-2024: Fransa 1/4 finalda YENİLƏNİB

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatının Fransa və Belçika yığmaları arasında 1/8 final görüşü başa çatıb.

Düsseldorfdakı "Esprit Arena"da keçirilən matçda fransızlar qələbə qazanıb - 1:0.

Yeganə qol 85-ci dəqiqədə vurulub. Yan Vertongen avtoqol müəllifi olub.

Qeyd edək ki, 1/4 finala yüksələn Fransanın rəqibi Portuqaliya - Sloveniya cütünün qalibi olacaq.

***

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatının Fransa və Belçika yığmaları arasında 1/8 final görüşündə hesab açılıb.

Düsseldorfdakı "Esprit Arena"da keçirilən matçda fransızlar hesabda önə çıxıb.

85-ci dəqiqədə Sadio Mane fərqlənib.

***

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatının Fransa və Belçika yığmaları arasında 1/8 final görüşündə ilk hissə başa çatıb.

Düsseldorfdakı "Esprit Arena"da keçirilən matçda hesab açılmayıb.

Görüşü isveçli baş hakim Qlenn Nyuberq idarə edir.

***

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında Fransa və Belçika yığmaları arasında 1/8 final görüşü başlayıb.

“İki sahil” xəbər verir ki, qarşılaşma Düsseldorfdakı "Esprit Arena"da keçirilir.

Qeyd edək ki, görüşü isveçli baş hakim Qlenn Nyuberq idarə edir.