29 iyun 2024 20:45
188

“Neftçi” ilk transferini rəsmiləşdirdi

“Neftçi” mövsümlərarası fasilə dönəmində ilk transferini həyata keçirib.

“İki sahil” klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Bakı təmsilçisi Monteneqro milli komandasının üzvü Edvin Kuç ilə 3 illik müqavilə bağlanıb.

30 yaşlı yarımmüdafiəçi Monteneqronun “Berane” (2012-2013), “Deçiç” (2013-2014, 2016-2017), “Mladost” (2015-2016), “Rudar” (2017-2019), Çexiyanın “Viagem Usti nad Labem” (2014-2015), Kosovonun “Ballkani” (2019-2024) və “Gyilani” (2020) klublarında çıxış edib, Monteneqro milli komandasının heyətində 7 oyun keçirib, 3 qol vurub. O, Monteneqro çempionatının (2016), Kosovo çempionatının (2022, 2023, 2024), kubokunun (2024) və Superkubokunun (2023) qalibi olub.