29 iyun 2024 21:42
190

Toyda halı pisləşən kişi xəstəxanada ölüb

Mingəçevir şəhərində keçirilən toy mərasimində 56 yaşlı kişinin halı pisləşib.

“İki sahil” "Report"a istinadən xəbər verir ki, mərasimdə qonaq qismində iştirak edən 1968-ci il təvəllüdlü R.Əsgərovun anidən vəziyyəti ağırlaşıb. O, xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, toy mərasimi şadlıq saraylarının birində təşkil olunub.

Faktla bağlı araşdırma aparılır.