29 iyun 2024 23:12
189

Dənizdə batma təhlükəsi ilə üzləşən şəxs xilas edilib

Bu gün qeyri-çimərlik ərazisində 1 nəfər çimərkən batma təhlükəsi ilə üzləşib.

“İki sahil” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən “Mərdəkan” sularda xilasetmə məntəqəsindən kənarda (qeyri-çimərlik ərazi) çimərkən batma təhlükəsi ilə üzləşən 1 nəfər xilas olunub.