30 iyun 2024 01:30
126

55 yaşlı qadını maşın vurub

Bakı-Qazax magistral yolunun Goranboy rayon Dəliməmmədli şəhər ərazisindən keçən hissəsində piyadanın xəsarəti ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

“İki sahil” xəbər verir ki, “Toyota Prado” markalı avtomobilin vurduğu 55 yaşlı M.Məmmədova xəstəxanaya çatdırılıb.

Onun vəziyyəti kafi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.