30 iyun 2024 10:04
160

Hindistanda 5 hərbçi dağ çayını keçərkən tankda həlak olub

Hindistanın 5 hərbçisi tankı Şayok çayından keçirərkən həlak olub.

“İki sahil” xəbər verir ki, bu barədə mərhumların xidmət etdiyi Hindistanın 14-cü Ordu Korpusunun mətbuat xidməti məlumat yayıb.

"Ordu tankı suyun səviyyəsinin qəfil qalxması səbəbindən Şərqi Ladaxın Saser Branqsa yaxınlığındakı Şayok çayında qalıb. Xilasetmə qrupları hadisə yerinə gəlib, lakin güclü axınlar və suyun səviyyəsinin yüksək olması səbəbindən xilasetmə əməliyyatı uğursuz alınıb və ekipaj üzvləri vəfat edib. Hindistan Ordusu Şərqi Ladaxda operativ dislokasiya zamanı beş cəsur şəxsi itirməsindən təəssüflənir”, - məlumatda deyilir.

“Indian Express” qəzeti ordu mənbələrinə istinadən xəbər verir ki, Ladaxda təlimlər zamanı T-72 tanklarından ibarət dəstə çay keçidini yerinə yetirərkən axının güclənməsi nəticəsində 1 tank çayda qalıb.

Məlumata görə, tankda tankda üç nəfərdən ibarət ekipajla yanaşı iki əsgər də olub.

Məhərrəm Ağalaroğlu, “İki sahil”