02 iyul 2024 09:02
130

Meksikada narkokartellər arasında qarşıdurma baş verib

Meksikanın cənubundakı Çiapas ştatında narkotik kartelləri arasında qarşıdurma baş verib.

“İki sahil” xəbər verir ki, bu barədə “Excelsior” məlumat yayıb.

Hadisədə 20 nəfər ölüb.

Qeyd olunur ki, tərəflər arasında silahlı münaqişə iyunun 29-da Çiapas ştatının La Konkordiya bələdiyyəsində baş verib.

Ölənlərdən dördünün Çiapas əyaləti ilə həmsərhəd olan Qvatemaladan olduğu bildirilib.

İlkin istintaq məlumatlarına görə, silahlı toqquşma Sinaloa karteli ilə Çiapas və Qvatemala kartelləri arasında sərhəd ərazisinə nəzarət üstündə baş verib.