02 iyul 2024 08:54
128

Viktor Orban Ukraynaya gedəcək

Macarıstanın baş naziri Viktor Orban çərşənbə axşamı Kiyevə səfər edəcək və burada Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşəcək.

“İki sahil” xəbər verir ki, bu barədə "Financial Times" qəzeti belə bir görüşü təşkil etmək planları ilə tanış olan üç nəfərə istinadən bildirib.

Məlumata əsasən, Macarıstanın baş nazirinin Zelenski ilə yanaşı, digər Ukrayna rəsmiləri ilə də danışıqlar aparacaq.

Qeyd olunub ki, bu, Orbanın Ukraynada silahlı münaqişə başlayandan sonra Kiyevə ilk səfəri olacaq.