30 iyun 2024 10:10
153

Rusiya axşam saatlarında Selidovu atəşə tutub

İyunun 29-da Rusiya qoşunları Donetsk vilayətində Selidovu atəşə tutub.

“İki sahil” xəbər verir ki, bu barədə “Facebook” sosial şəbəkəsində Selidov şəhər şurası məlumat yayıb.

Atışma saat 22:25 radələrində baş verib. Məlumatda bildirilir ki, mədənin istehsalat sahələrinə ziyan dəyib, bəziləri isə dağıdılıb.

Məhərrəm Ağalaroğlu, “İki sahil”