30 iyun 2024 10:47
150

Pekin Seulu fabrik yanğınını tezliklə araşdırmağa çağırıb

Çinin xarici işlər naziri Vanq Yi rəsmi Seulu Cənubi Koreyada akkumulyator fabrikində baş vermiş son yanğının səbəbini dərhal araşdırmağa çağırıb.

“İki sahil” “Yonhap”a istinadla xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Seuldan 45 kilometr cənubda yerləşən Hvasonda litium akkumulyator fabrikində baş verən yanğında 23 işçi, o cümlədən 17 Çin vətəndaşı həlak olub.

Çinli nazir Pekində keçirilən konfrans çərçivəsində Cənubi Koreyanın keçmiş baş naziri Li Hae-çan ilə görüşdə deyib ki,  Seul qəzanın səbəbini tez bir zamanda müəyyən etməli və buna məsuliyyətlə yanaşmalıdır.

Məhərrəm Ağalaroğlu, “İki sahil”