02 iyul 2024 22:26
187

Rumıniya - Niderland görüşünün ən yaxşı futbolçusu bəlli olub

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında Rumıniya və Niderland yığmaları arasında 1/8 final oyununun (0:3) ən yaxşı futbolçusu bəlli olub.

“İki sahil” UEFA-nın mətbuat xidmətinə istinadla xəbər verir ki, "narıncılar"ın hücumçusu Qodi Qakpo görüşün ən yaxşı oyunçusu adına layiq görülüb.

25 yaşlı futbolçu görüş ərzində 1 qol vurub və 1 assist edib.