15 iyul 2024 18:06
196

"Sevilya" "Arsenal"ın futbolçusunu transfer etdi

"Sevilya" heyətini yeni futbolçu ilə gücləndirib.

“İki sahil” xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. La Liqa təmsilçisi "Arsenal"ın yarımmüdafiəçisi Albert Sambi Lokonqunu icarəyə götürüb. 24 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalanıb. Sözləşməyə birdəfəlik satınalma variantı da daxildir. 

Qeyd edək ki, Albert ötən mövsümü icarə əsasında "Luton Taun"da keçirib. O, Premyer Liqada 17 matçda iştirak edib, 1 qol vurub və 3 qolun ötürməsini verib.