KÖŞƏ

Zahid Rza

“Oğru elə bağırdı ki,..”

17 avqust 2016 15:43
1225

Dağıdıcı müxalifətin “ünlü” simalarından olan AXCP sədri Əli Kərimlinin “siyasi” bioqrafiyasını diqqətlə nəzərdən keçirdikdə aforizmə çevrilmiş “siyasət çirkin işdir” kəlamını xatırlamamaq olmur. Son günlər onun sosial şəbəkələrdə yazdığı “status”ları oxuduqda bir daha aydın olur ki, bu saxta “demokrat” siyasətə əsl alver vasitəsi, şəxsi qazanc mənbəyi kimi baxır. İctimaiyyətin müxtəlif təbəqələrindən olan insanlarımız yaxşı bilirlər ki, inkarçılıq, pozuculuq, xəyanətkarlıq ən müqəddəs idealların məşhur alvercisi olan bu şəxsin əsas fəaliyyət növü, necə deyərlər, başlıca amalıdır. Təsadüfi deyil ki, mərhum AXCP sədri Əbülfəz Elçibəyin sağlığında bu təşkilatda təmsil olunanların böyük əksəriyyəti onun ölümündən sonra məhz Ə.Kərimlinin “dabbaqda gönünə bələd olduqlarına” görə  bu qurumdan uzaqlaşdılar.   

Bu gün də vaxtilə Ə.Kərimlinin yanında olub sonradan onun xəyanətkar əməllərinə görə AXCP-dən uzaqlaşan şəxslər bu gün də onu satqınçılıqda, dağıdıcı fəaliyyətdə, təhbərlik etdyi təşkilatı öz şəxsi təsərrüfatı kimi idarə etməkdə ittiham edirlər. Məsələn, Azərbaycan Xalq Cəbhəsi Partiyasının İmişli rayon təşkilatının sədri Amil Baycan bu günlərdə mətbuata verdiyi açıqlamada bildirib ki, Əli Kərimli kimi siyasətçilər tarixin satqınlar səhifəsinə düşməlidir. O qeyd edib ki, dövlətə, partiyaya, Əbülfəz Elçibəy ideyalarına, əqidəsinə xəyanət edən biri tarixdə məhz bu cür qalmalıdır: “İllərdir AXCP-nin üzərindən özunə biznes qurdu, fərd olaraq demokratiyadan xəbəri olmadı, demokratiyanı yalnız pafoslu çıxışlarında “yaşatdı”. İllərdir gəncliyi radikalizmə çəkdi, beyinlərini yudu, bədbəxt etdi. Öz oğlunu isə illik təhsil haqqı 30-40 min dollar olan “Oksford”da oxutdu. Sədrlik kürsüsünü qorumaq üçün bütün parlaq, fərqli düşünən insanlara qaragüruhçularının əli ilə şər atdırdı, ləkə vurdurdu. Bütün siyasi kariyerası boyunca dövlət maraqlarını, xalq maraqlarını öz şəxsi maraqlarına qurban verdi. Kimlərəsə xoş gəlmək və xarici havadarlarından qrantlar almaq üçün hər yola əl atdı, heç bir milli mənəvi dəyər tanımadı”. 

AXCP sədri Ə.Kərimli çirkin niyyətlərini, maliyyə fırıldaqlarını həyata keçirmək üçün  həmişə ən etibarlı adamlarından və yaxın qohumlarından istifadə edib. Hələ iki il bundan əvvəl AXCP sədri Əli Kərimlinin, onun oğlu Türkel Kərimlinin, əmisi oğlu Tofiq Kərimlinin, qaynı Elnur Seyidovun, baldızı Aytən Seyidovanın və Kərimlilər ailəsinin digər üzvlərinin adları keçdiyi  iyrənc maliyyə fırıldaqları, bank əməliyyatları bütün cəmiyyətdə şok effekti yaratmışdı. O zaman məlum olmuşdu ki, Əli Kərimlinin özü və qohumları 2012-ci il oktyabrın 30-dan 2013-cü il, iyunun 13-dək olan müddətdə banklardan nə az, nə də çox, nağd şəkildə 8 milyon 603 min 364 manat pul çıxarıblar. Məhz bu çirkli bank əməliyyatlarına görə  2012-ci il martın 27-də Ə.Kərimlinin “Texnikabank”da yüksək vəzifə tutan qaynı Elnur Seyidov həbs edilmişdi. Məlum olmuşdu ki, elə həmin E.Seyidov 2011-ci il yanvarın 28-dən 2012-ci il fevralın 24-dək banklardan 4 milyon 680 min manat nağd pul çıxarıb. Bundan başqa, Ə. Kərimlinin hələ heç bir yerdə işləməyən və gəlir bəyannaməsində göstərilmiş qazanc mənbəyi olmayan yeniyetmə oğlu Türkel Kərimli 2011-ci il, sentyabrın 26-dan oktyabrın 17-dək olan müddət ərzində “Texnikabank”da 75 min funt-sterlinq məbləğində maliyyə əməliyyatı apardığı da faktlarla sübut olunmuşdur.

Əlbəttə ki, AXCP sədri Ə.Kərimlinin  iyirmi ildən çox bəlli “siyasi” fəaliyyəti boyunca həyata keçirdiyi belə çirkin işlərin, maliyyə-bank fırıldaqlarını  saymaqla qurtarmaz. Məsələ orasındadır ki, Ə.Kərimlinin bütün günü kompüter arxasında oturub yazdığı “status”larunda şəffaflıqdan, dürüstlükdən, təmizlikdən danışması, necə deyərlər, “qəzəl oxuması” törətdiyi üzdəniraq əməllərin, xəyanətkarlığın üstünü pərdələmək cəhdindən başqa bir şey deyildir. Xirtdəyəcən  maliyyə fırıldaqları, mənəvi çirkablar  içində olan bu şəxsin kimilərisə, nələrdəsə ittiham etməsi yalnız və yalnız absurddur. Belə yerdə deyiblər: “Oğru elə bağırdı ki, doğrunun bağrı yarıldı”.