13 sentyabr 2024 17:00
173

Kursk vilayətində 10 yaşayış məntəqəsi azad edilib - Rusiya MN

Son bir həftə ərzində Kursk vilayətində on yaşayış məntəqəsi azad edilib.

“İki sahil” xəbər verir ki, bu haqda RT məlumat yayıb.

Rusiya Müdafiə Nazirliyi bildirir ki, Şimal qoşun qrupu hücum əməliyyatları zamanı on yaşayış məntəqəsi azad edilib. Bunlar Apanasovka, Byaxovo, Vişnevka, Viktorovka, Vzapnoye, Qordeevka, Krasnooktyabrskoye, Obuxovka, Snaqost və Onuncu Oktyabr məntəqələridir.