14 sentyabr 2024 22:26
289

Qərb və Rusiyadan riyakar siyasət: Məsələ Ermənistan olanda...

Azərbaycan öz torpaqlarını işğaldan azad etdikdən sonra regionda yeni əməkdaşlıq mühiti üçün əlverişli zəmin formalaşdı. Lakin bu yeni geosiyasi konfiqurasiyanı qəbul etməyən güc mərkəzləri dərhal hərəkətə keçdilər. Ermənistanın silahlandırılması, regionda gərginliyin artırılması və yeni reallıqlara əks münasibətlər sistemini müşahidə etməyə başladıq. ABŞ və Fransa başda olmaqla bəzi destruktiv qüvvələr regionda öz varlıqlarını sübut etməyə və Ermənistana hərtərəfli dəstək nümayiş etdirməyə təşəbbüs göstərdilər.

Ermənistanı birmənalı olaraq növbəti provokasiyaya, eyni zamanda, revanşizmə və Azərbaycana qarşı düşmənçiliyə təhrik edilir. Burada söhbət bizim bölgəmizdə yeni NATO mexanizminin yaradılmasından və regionda kövrək sülhü pozmaqdan, Azərbaycanın yaratdığı yeni reallığa mane olmaqdan, həmçinin geosiyasi vəziyyəti dəyişmək kimi təhlükəli məqsəd və hədəfləri reallaşdırmaq cəhdindən gedir. Amma bunlar heç bir effekt verməyəcək, Azərbaycan mütləq bütün hədəflərinə və məqsədlərinə nail olacaq.

Son zamanlar Ermənistan rəhbərliyi regiondankənar dövlətlərə arxalanmaq qərarına gəlib. Qərb dairələri Ermənistanın Rusiya ilə münasibətlərini və ümumi regionumuzda yaradılmış inteqrasiya strukturlarını kəsəcəyi təqdirdə, bütün çətinliklərində ona kömək edəcəyini vəd edib. 
2018-ci ilin yazından başlayaraq, inqilab nəticəsində Moskva yönümlü Serj Sarkisyanın hakimiyyətdən uzaqlaşdırılması və qərbyönlü fikirlərini gizlətməyən Nikol Paşinyanın hakimiyyətə gəlməsi ilə Rusiya-Ermənistan münasibətləri nəzərəçarpacaq dərəcədə pisləşməyə başladı. Hər iki ölkənin siyasi ritorikasında və mediasında qarşılıqlı ittihamlar, qınaqlar üstünlük təşkil etməyə başlayıb və tərəflər sərt bəyanatlar veriblər. 2020-ci ildə 44 günlük Vətən müharibəsindən sonra İrəvanın Moskvanı “xəyanətdə” ittiham etməsi ilə münasibətlərdə gərginlik kəskin şəkildə artıb. Düşünmək olardı ki, Avropa İttifaqının kəşfiyyat və müşahidə missiyasının Ermənistanda yerləşdirilməsi, KTMT-də iştirakın nümayişkaranə şəkildə dondurulması, MDB formatında soyudulması Rusiay ilə münasibətləri daha da kəskinləşdirəcək. Amma əslində məsələ hec də göründüyü kimi deyilmiş. 

Deməli, Ermənistan baş nazirinin müavini Mher Qriqoryanın iştirakı ilə İrəvanda keçirilən iqtisadi əməkdaşlıq üzrə Ermənistan-Rusiya hökumətlərarası komissiyasının həmsədrlərinin sentyabrın 13-də keçirilən iclasında Rusiya Federasiyası baş nazirinin müavini Aleksey Overçuk mühüm məlumatları açıqlayıb. Onun sözlərinə görə, 2024-cü ilin sonuna qədər Ermənistan və Rusiya arasında ticarət dövriyyəsinin həcmi 14 milyard dollardan 16 milyard dollara çata bilər. 2023-cü ildə qarşılıqlı ticarətin həcmi 55,8% artaraq 7,4 milyard dollara çatıb. Tərəflər həmçinin sənaye, energetika, nəqliyyat, logistika, eləcə də maliyyə və investisiya sahələrində birgə layihələrin həyata keçirilməsi ilə bağlı cari məsələləri müzakirə ediblər. Overçukun sözləri, xüsusən də onun gətirdiyi rəqəmlər onu deməyə əsas verir ki, Moskva ilə İrəvan arasındakı fikir ayrılıqları diqqəti yayındırmaq üçün yaradılmış siyasi şoudan başqa bir şey deyil. Əslində, onlar ikitərəfli münasibətlərin strateji dərinliyini nümayiş etdirirlər. Moskva və İrəvan açıq şəkildə beynəlxalq ictimaiyyəti ciddi böhranın mövcudluğuna inandırmağa çalışsalar da, onların ticarət dövriyyəsi nəinki azalmadı, əksinə, sürətlə artdı. Məsələn, 2021-ci ildə ticarət əməliyyatlarının həcmi 2,6 milyard dollar təşkil edib, 2022-ci ildə isə 91,7% artaraq 5 milyard dollara çatıb, ötən il isə bu rəqəm 7,4 milyard dollara çatıb, bu il isə tərəflər rekord göstərici əldə etməyi hədəfləyirlər. 14-dən 16 milyard dollara qədər, gördüyünüz kimi, Rusiya Ermənistan iqtisadiyyatının əsas sponsoru olmaqda davam edir və sonuncunun Moskva ilə ticarət-iqtisadi əlaqələrdən asılılığı aradan qalxmayıb.
Ermənistanın Rusiyaya malların təkrar ixracı hesabına sürətlə zənginləşməsi İrəvana imkan verdi ki, xaricdən, o cümlədən Qərbdən silah alışının həcmini xeyli artırsın. Belə çıxır ki, Rusiya Ermənistana pul qazanmaq imkanı verir, lakin Qərb buna göz yummağa üstünlük verir. Anti-Rusiya sanksiyalarını fəal şəkildə tətbiq edən və onlardan yan keçənləri tənqid edən Paris, Brüssel və Vaşinqton Ermənistanın əlavə vəsaitləri haradan əldə etdiyini çox gözəl anlayır. Lakin “pulun qoxusu yoxdur” prinsipinə əsaslanaraq, buna göz yumurlar, Ermənistana həmişə “xilas edilməli” olan “sevimli uşaq” kimi baxırlar. Və xilas olur.
Onlar Ermənistana təkcə silah satmır, həm də aktiv maliyyə yardımı göstərirlər. Məsələn, Avropa İttifaqı İrəvana rəsmi olaraq infrastrukturun inkişafı, rəqəmsallaşma, iqlim layihələri, nəqliyyat və demokratik islahatlara yönəlmiş 2,6 milyard avro ayırıb. Lakin Ermənistan xarici sponsorlardan qənaət etdiyi vəsaiti səxavətlə hərbiləşdirmə prosesinə yönəldir.

ABŞ da yuxuda deyil: USAİD Ermənistana maliyyə yardımını iki dəfədən çox artıracaq. 120 milyon dollardan 250 milyon dollara qədər amerikan hərbi personalı və texnikası artıq Zəngəzurdadır. “Böyük bacı” – Makronun Fransası Ermənistana öz vətəndaşlarından daha çox vaxt və pul ayırır. Paris Hindistan və digər ölkələr vasitəsilə Ermənistanı Fransa lisenziyası əsasında istehsal olunan silahlarla təmin edir. Və bu birbaşa çatdırılmalara əlavədir. Üstəlik, bu yay Fransanın Ukraynada hərbi texnika istehsalı üçün müdafiə şirkətlərini, o cümlədən fransız Nexter və alman Krauss-Maffei-Wegmann tərəfindən yaradılan məşhur KNDS şirkəti cəlb etməyi planlaşdırdığı bildirilir. Bu zavodda istehsal olunan silahların bir hissəsinin Ermənistana göndərilməsi planlaşdırılır.
Son dövrlər Ermənistan və Rusiya arasında ticarət dövriyyəsinin köklü şəkildə artması ilk növbədə Ermənistanın xəyanətkar və riyakar mahiyyətini ifadəsidir. Ermənistan faktiki olaraq Rusiyaya arxa çevirib. Qərblə Rusiya əleyhinə istənilən ittifaqda yer almaqdan açıq şəkildə məmnunluğunu bildirir. Eyni zamanda, Rusiyanın bu bölgədən izinin silinməsi üçün artıq niyyətlərini gizlətmir. Amma digər tərəfdən isə bu gün Ermənistanın iqtisadi mövcudiyyətinin təməlində Qərbin ayırdığı xırda yardımlar yox, məhz Rusiya ilə əlaqələr dayanır.

Məhz Rusiyada işləyən ermənilər Ermənistana müəyyən vəsaitlər göndərir. Həmçinin Ermənistanın özündə iqtisadiyyatın mühüm istiqamətləri – nəqliyyat, energetika və s. Rusiyanın de-yurye mülkiyyətindədir. Faktiki olaraq Ermənistanın iqtisadi cəhətdən canı Rusiyanın əlindədir. Belə bir məqamda Ermənistanın tarixi xəyanətkar ənənələrinə sadiq qalıb Rusiya ilə bağlarını bir kənara qoyaraq Qərbə üz tutub.

Beləliklə, bu dövlət Rusiyaya xəyanət etməkdədir. Digər başqa bir istiqamət isə ondan ibarətdir ki, Rusiya ilə davamlı şəkildə sanksiya dilində danışan, eyni zamanda xırda şirkətləri belə Rusiya ilə əlaqələrin olub-olmamasını araşdıraraq çox sərt qaydalar tətbiq edən kollektiv Qərb bu gün Rusiya-Ermənistan arasında artan ticarət dövriyyəsinə göz yumur. Bu, onu göstərir ki, əslində Qərb özünün maraqlarını güdən nəhəng korrupsiya sistemidir və Rusiyanın Ermənistan vasitəsilə sanksiyalardan yayınması əslində Qərbin ayrı-ayrı dairələrinin və korrupsioner liderlərinin marağındadır. Bütün bunlar bütövlükdə Ermənistan-Qərb əlaqələrinin qeyri-sağlam niyyətli və korrupsiya mahiyyətində idarə olunan xəyanətkar və ikili standartlara əsaslanan bir əlaqə olduğunu bir daha ortaya qoyur. Qərb və Rusiya geosiyasi maraqlarə üçün Ermənistanla bağlı məsələdə lazım gələndə konsensusa gələ bilirlər. Nə qədər konfrantasiya şəraitində olsalar da mövzu Ermənistan olanda Qərb və Rusiya diplomatik kanalllar aça bilirlər. Görünün odur ki, Qərb və Rusiya bu məsələdə riyarkarcasına ikili oyun oynayır. Rusiya Ukrayna müharibəsi bəhanəsi ilə başqa ölkəyə, o cümlədən Azərbaycana silah satmadığı halda Ermənistana silah satır. Tarixin arxivinə atılmış Minsk qrupunda da Qərb və Rusiya Ermənistanın maraqlarını qoruyurdular. Eyni siyasət davam edir. 

Cavid Əkbər, “İki sahil”