23 sentyabr 2024 23:29
110

İsrail “xüsusi vəziyyət” rejimi tətbiq etdi

İsrail Nazirlər Kabineti ölkə daxilində 48 saat ərzində arxa cəbhədə “xüsusi vəziyyət” rejimi tətbiq etməyə səs verib.

“İki sahil” xəbər verir ki, bu barədə N12 telekanalı məlumat yayıb.

Bildirilir ki, hökumətin qərarı İsrail hakimiyyətinə çimərlikləri və təhsil müəssisələrini bağlamağa, həmçinin İsrailin şimalında açıq ərazilərdə 10, qapalı yerlərdə isə 100 nəfərə qədər toplaşmağı məhdudlaşdırmağa icazə verib.

Məhdudiyyətlər sentyabrın 25-i saat 18:00-dək qüvvədə olacaq.