02 dekabr 2024 18:45
89

Aİ-nin Gürcüstanla bağlı növbəti addımları necə olacaq?

Gürcüstanda baş verən son hadisələr fonunda ölkədə vəziyyət dekabrın 16-da Avropa İttifaqı (Aİ) xarici işlər nazirlərinin müzakirə mövzusu olacaq.

“İki sahil” "İnterfaks"a istinadla xəbər verir ki, bunu Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallasın rəsmi nümayəndəsi Anitta Hipper Brüsseldə keçirilən brifinqdə bildirib.

"Gürcüstandakı vəziyyət Aİ-nin Xarici İşlər Şurasının dekabrın 16-da keçiriləcək iclasında müzakirə mövzusu olacaq", - o qeyd edib.

Aİ-nin Gürcüstanla bağlı növbəti addımlarının necə ola biləcəyi sualına o belə cavab verib: "Bizim gələcək iştirakımız Gürcüstan tərəfinin kursu dəyişmək və Aİ-yə qoşulma prosesinə yenidən istiqamətlənmək öhdəliyindən asılı olacaq".