Gürcüstanın Baş naziri İrakli Kobaxidze ölkədə hazırkı vəziyyətlə əlaqədar müxalifətlə danışıqların aparılması mümkünlüyünü istisna edib.
“İki sahil” yerli KİV-ə istinadla xəbər verir ki, o, bu barədə mətbuat konfransında bildirib.
"Xeyr, əlbəttə ki. Heç bir danışıq olmayacaq", - baş nazir müvafiq suala cavabında bildirib.